Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.

Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Eyni zamanda, paytaxtın meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib: “Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbə səviyyəsindəki fasad zədələnib”. İlkin məlumata görə, olayda yaralanan olmayıb. Xatırladaq ki, iyulun 30-da "Moskva Siti"yə dron hücumu təşkil edilmişdir. Hadisədə 1 nəfər yaralanmışdı.

Ukrayna ərazisində isə Rusiya qoşunlarının döyüşləri davam edir.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN