…Dərdimiz böyükdür, ürəyimiz geniş, özümüz isə hər təsirə və təzyiqə dözən! Amma və lakin…

Ölkənin bir saylı TV-si olan AzTV işini necə qurur: hansısa bir avara, başdanxarab Aşot hardasa bir söz deyir, dərhal TV günün mövzusu kimi bekar politoloqları yığır, düz bir həftə müzakirə edirlər. Əslində isə, müzakirədən daha çox ordan-burdan söhbət edirlər. Məsələn, it belə getdi, qurd burdan keçdi və s.

 Yaxud, Paşinyan hardasa bir sarsax söz deib, dərhal bizim XİN başlayır bəyanat verməyə… Nə bilim, Qarabağdakı separatçının biri ağzına gələni danışır, yenə də bizim qarmaqarışıq tv-li, qəzetli və saytlı media başlayır həftə boyu bu ağıldankəm erməninin dediyini müzakirə etməyə… Və biz bununla da başlayırıq Ermənistanı və bu erməniləri reklam etməyə. Hara baxırsan ermənidən danışırlar, hansı tv kanalı açırsan- Paşinyandan danışırlar, hansı radionu qurdalayırsan-Hamparsumdan bəhs edirlər! Vətəndaşların qulağı bütün günü erməni adı ilə dolub-daşır.

Niyə bizim təbliğat metodumuz və taktikamız dəyişmir? Bunu bilən varmı? Bilən yoxdursa, mən deyim, siz də qulaq asın: tutalım, Masazırdakı dolub-daşan zibilxananın yanından keçirsiniz. İy-qox başdan aşır… Kanteynerlərin ətrafında isə bir sürü yiyəsiz it dolaşır (Hesab edin ki, bu it sürüsü hər gün müzakirəyə çıxarıb reklam etdiyiniz, adam saydığınız həmin o ermənilərdir). Siz bir az ehtiyatla o itlərin yanından keçib gedirsiniz, bu zaman başı ənənəvi məşğuliyyətə, yəni burnu ilə zibil eşib sür-sümük axtarmağa qarışmış itlərdən biri tərs-tərs sizə baxır. Amma siz burnunuzu tutub sakitcə çıxıb gedirsiniz, it də sakitcə sizə baxıb quyruğunu bulayır, sonra öz «işi» ilə məşğul olur.

 İndi əksini təsəvvür edin: siz zibil qutusuna yaxınlaşanda ehtiyatlandığınız itlərə «Ay it, rədd dol!» deyib bərkdən onların üstünə təpinirsiniz və əyilib yerdən daş da götürürsünüz… Bu zaman nə baş verir? Təbii ki, sümük axtaran o biri itlər bu səs-küyə başlarını qaldırıb sizə tərəf tərs-tərs baxır və üstünüzə hürməyə başlayırlar. Və səs-səsə verən itlərdən canınızı qurtarmaq üçün bütün vasitələrlə aradan çıxıb uzaqlaşmaqdan başqa yol görmürsünüz.

 Yəni, sizin itlərə reaksiya verməyiniz, yəni bu küçə heyvanlarını it saymağınız başınıza bu işi gətirir.

 Qayıdıram ermənilərə: nə qədər ki, biz də ermənilərin hansısa sayıqlamasına o cürə reaksiya verəcəyik, günümüz qara olacaq. Axı biz niyə bu sarsax sürünü erməni sayırıq ki, onlar da hər dəfə bizim bu zəif nöqtəimizdən istifadə edərək başlayırlar biri qurtaran kimi başqa bir saxta məlumatı, tələbi və s. ortaya atmağa. Və biz erməniləri bu cürə təbliğ etdikcə yenidən-30 il keçmişdə olduğu kimi, ictimai rəydə «odda yanmaz, suda batmaz» kimi süni erməni qəhrəmanlığını yaratmağa.

Odur ki, gəlin ermənilərin nə özünə, nə də onların sayıqlamalarına reaksiya verməyək. Qoy nə qədər sarsaxlayıb danışırlar-danışsınlar.

 Axı, gündə müzakirəyə çıxarıb reklam etdiyimiz ermənilər nə deyirlər: onlar deyir ki, Qarabağ onlarındır, biz isə əksinə, demirik, amma 44 günlük müharibə ilə sübut edirik ki, yox, Qarabağ Azərbaycandır! «Qarabağ Azərbaycandır!» isə heç bir halda müzakirə predmeti deyil… Vəssalam!

Asif MƏRZİLİ

P.S.Amma mən daim Moskvada yaşayan həmyerlimiz, Azərbaycansevər professor Kamran Rüstəmovun ermənilərin iç üzünü açan bir yazısını (digər yazılarını da) Paşinyanın tvitter və FB-də dostluğunda olan çoxsaylı rəsmi şəxslərin, politoloq və hərbçilərin sosial platformalarına yerləşdirməklə məşğulam... Dünən də belə etdim... Bunu az qala hər gün edirəm. Biz bunu kütləvi şəkildə etsək, sizcə, necə olar??? Media siyasətimizə cavabdehlər niyə bu sahədə tərpəniş edə bilmir? 

20230809_130510

20230809_130531

20230809_185036

20230809_185100

20230809_185142

20230809_185214-1

20230809_185237

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN