Avqustun 11-də Ermənistan BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar”

fövqəladə iclasın çağırılması xahişi ilə müraciət edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hazırda BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən ən azı iki dövlət, Albaniya və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla fəal siyasi və iqtisadi əməkdaşlıq edir. Daha 4 ölkə: Qabon, Qana, Mozambik və Ekvador Azərbaycanın Qoşulmama Hərəkatında tərəfdaşlarıdır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə gəlincə, Ermənistan Fransanın şəxsində  öz “qəyyumunun” dəstəyinə arxalana bilər. Böyük ehtimalla Rusiyanın məsələnin “beynəlxalqlaşmasına” qarşı çıxacağını gözləmək olar. Çünki o, Bakı ilə İrəvan arasında əsas moderator rolunu oynamalı olduğuna inanaraq üçüncü dövlətlərin nizamlanma məsələsinə müdaxiləsinə qarşıdır. 

İrəvan və Paris artıq 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasına Bakını Qarabağ ermənilərinin “hüquqlarını pozmaqda” və Laçın dəhlizini “blokada” etməkdə ittiham edən sənədi irəli sürməyə çalışıblar. Lakin Fransanın hazırladığı bəyanat layihəsi bloklandı və bunda ən fəal rol oynayan Rusiya oldu. Böyük Britaniya, BƏƏ və Albaniya da bəyanatın mətninə düzəlişlər təklif edib, Fransa bunu qəbul etməyib və o, sənədi geri götürmək məcburiyyətində qalıb.

İrəvanın yeni ideyası Rusiyanın rolunu zəiflətməyə və prosesə Qərb dövlətlərini cəlb etməyə yönəlmiş xəttin davamıdır. İrəvanın əsas kozırı Moskvanın “sülhməramlı missiyasını” yerinə yetirmək və Laçın dəhlizinin açılmasına nail olmaq iqtidarında olmaması iddiasıdır.

Lakin beynəlxalq vəziyyət, böyük dövlətlərin regiondakı maraqları və Ermənistanın uduzan tərəf olmasının etirafı BMT Təhlükəsizlik Şurasının Azərbaycanı pisləyən sənəd qəbul etməsi ehtimalını minimuma endirir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN