Bu gün yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Məhkəmə həmçinin onun mənzilinin və bank hesablarındakı pulunun müsadirə edilməsi, həmçinin onun azad edildikdən sonra 1 il ərzində təlim-tərbiyə işləri ilə məşğul olmasının qadağan edilməsi haqqında qərar verib.
Hacıyev ona qarşı irəli sürülmüş bütün ittihamlar hüquqi olaraq təkzib edilib. Deyib ki, xuliqanlıq ittihamlarına gəlincə, bu, Ülviyyə Alovlunun şikayəti əsasındadır. Hacıyev bütün digər iqtisadi ittihamları absurd adlandırıb. Bu ittihamlar onun Qərb təşkilatlarından qrant alması və Azərbaycanda dövlət çevrilişi törətməyi planlaşdırması haqqında elektron məktub əsasında irəli sürülüb. Eləcə də Hacıyev bu ittihamları "tamamilə uydurma" adlandırıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Ötən il iyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb. Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.