Məsələ belədir: O, həqiqi hərbi xidmətini bitirdikdən sonra düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdə başlanan hərbi əməliyyatlara ümumi səfərbərliklə yenidən çağrılır.
Və döyüşlərdə snayper olaraq yaxından iştirak edərək Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə 3 medalla təltif olunan Abbasov Mübariz Şahin oğlu TTV AZ-ın kamerasına ürək ağrıdan açıqlamalar verdi. Mübariz deyir: «Yaşadığım Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, «Şərq massivi» adlanan ərazidəki evimə özünü Suraxanı rayon Hərbi Komissarlığının rəsmi şəxsi kimi təqdim edən bir şəxs gəldi. O, bizə bildirdi ki, əgər xoşluqla medalları və vəsiqəni verməsəniz, polislə gələcəyik. Guya nəyisə araşdırır, dəqiqləşdirirlər. Mən də bu şəxsə inanıb medalları və cənab prezidentimizin imzasıyla təsdiq olunmuş vəsiqəmi ona verdim…».
Çox maraqlıdır, niyə Mübariz Abbasovu Komissarlığa rəsmi dəvət eedib bu məsələyə aydınlıq gətirməyiblər? Və götürülən medallar və vəsiqələr niyə aktlaşdırılıb təhvil alınmayıb?
«Təzadlar» bütun bu qaranlıq suallara aydınlıq gətirilməsi ücun Respublika Hərbi Prokurorluğuna müraciət hazılayıb, göndəriləcək.
Bizə təqdim olunan hərbi biletdə də Mübariz Abbasovun müharibədə iştirak etdiyi təsdiqlənib, sonradan baş verən bu hal nə dərəcədə qanuni olub? Ümumiyyətlə, gələn şəxs kim olub? Ən vacibi, Mübariz Abbasovun adı Prezident Sərəncamı ilə müharibə və döyüş xidmətlərinə görə təltif edilənlər siyahısında varsa, bu gerialma nə cür izah oluna bilər???
Araşdırmamız həm də Suraxanı Hərbi Komissarlığında davam etdirilir. Əlavə məlumat veriləcək.
Mövzuya qayıdacağıq.
Xəyyam Qurbanlı
REDAKSİYADAN: bu dəqiqələrdə şikayətşi "Təzadlar"a zəng edərək bildirdi ki, bu yazının yayımlanmasından sonra komissarlığın əməkdaşları Mübariz Abbasovun evinə gələrək medalları və vəsiqələri ona qaytararaq üzrxahlıq edib gediblər... Deyiblər ki, guya anlaşılmazlıq olub, səhv salıblar və s.