Fransa Kiyevə “cəbhədən kənar hücumlar üçün” SCALP raketlərinin əlavə partiyasını, eləcə də hava hücumundan müdafiə üçün “Mistral” raketlərini tədarük etmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lekornu “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

“Biz yenidən “Mistral” raketlərini, xüsusən də döyüş zonalarının müdafiəsi üçün tədarük edəcəyik. Ukraynanın cəbhə xəttinin arxasına zərbə vura bilməsi üçün mən son bir neçə gündə Fransa prezidenti Emmanuel Makronun Vladimir Zelenskiyə verdiyi vədlərə uyğun olaraq, 10-a yaxın SCALP raketindən ibarət yeni partiyanın ötürülməsinə dair sərəncam imzaladım”, - nazir deyib.

Fransa müdafiə departamentinin rəhbəri əmin edib ki, Paris Kiyevə dəstəyi davam etdirəcək, onun sözlərinə görə, bu, Ukrayna hakimiyyətinə bəzi “siyasi həll yolları”nı nəzərdən keçirməyə imkan verməlidir. "Hərbi dəstək son dərəcə vacibdir və hətta münaqişə sona çatdıqda belə, biz Ukrayna ordusunu gücləndirməyə davam etməliyik", - o vurğulayıb.

Bu kontekstdə o, Ukrayna hərbçiləri üçün təlim proqramını davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Addad bir müddət əvvəl “Le Journal du Dimanche” qəzetinə müsahibəsində demişdi ki, Paris Ukraynanı “altruizmə görə deyil, öz nüfuzunu qorumaq naminə” dəstəkləyir. O, iddia edib ki, məhz Fransa tərəfdaşlarını Kiyevə hərbi dəstəyi genişləndirməyə, o cümlədən tanklar, uzaq mənzilli silahlar və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə sövq edib. Onun sözlərinə görə, Ukraynanın məğlubiyyəti Fransanın Avropadakı “müdafiə nüfuzuna” təsir edəcək. “Le Parisien”-ə müsahibəsində o, həmçinin bildirib ki, Fransa Ukraynanın NATO-ya daxil olması üçün rəsmi dəvətin razılaşdırılmasını prioritet hesab edir, baxmayaraq ki, alyansa qoşulma prosesinin özünün kifayət qədər uzun çəkə biləcəyini etiraf edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə prezident Vladimir Putin Kiyevlə danışıqların aparılması üçün 4 şərt, o cümlədən Ukrayna silahlı qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması və NATO-ya üzv olmaqdan imtina etməsini qeyd edib. Onun sözlərinə görə, Rusiya Ukrayna üçün neytral, bloklara qoşulmayan, nüvəsiz statusa malik olmağı və Qərbin bütün sanksiyalarının ləğvini zəruri hesab edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN