"Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”.

Tezadlar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın “Politico” nəşrinə müsahibəsində belə deyib. Paşinyan deyib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi”.
 N.Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Bizim strategiyamız belə bir vəziyyətdə başqalarından asılılığı mümkün qədər azaltmaq olmalıdır. Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində olmamaq üçün yollarımız olmalıdır".
 Paşinyan Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmirlər. Laçın dəhlizi buna misaldır. Hərçənd onlar Qarabağda olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.
 Paşinyanın sözlərinə görə, hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil: “Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.
Paşinyan Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab etdiyini bir daha təsdiqləyib. O bildirib ki, Ermənistan öz torpaqlarını qorumaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıyıb...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN