Bu gün "Təzadlar" qəzetinin əməkdaşlarından bir qrupu Bakıda II Fəxri Xiyabanda dəfn olunmuş millət vəkili Qənirə Paşayevanın məzarını ziyarət ediblər. 

Ruhuna dualar oxunan Qənirə Paşayevanın məzarı üzərinə əməkdaşlarımız tərəfindən KASSAK prezidenti, Azərbaycansevər Salih Kurtun və ailəsinin, dostlarının adından sifariş verilmiş əklil qoyulmuşdur. 

Xatırladırıq ki, millət vəkili Qənirə Paşayeva təkcə Azərbaycanda deyil, eləcə də  türkdilli respublikalarda sevilən, dəyərləndirilən xanım millət vəkillərimizdən idi.

XXX 

Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub. Həkim briqadası qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib. Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub. Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. O, dünən axşam saatlarında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
JASMİN

0c78ec15-46d3-49e9-89cc-285f041fe7f2

9cd8b9c6-5c48-44ca-9e82-e69daa9c1e91

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN