“Bu gün Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Fransaya potensial vasitəçi kimi olan etibarı sıfıra bərabərdir”.

Tezadlar.az bildirir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib.

“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kəs hətta nəzəri cəhətdən belə Parisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil”, - o bildirib.

E.Əmirbəyov vurğulayıb ki, ermənilərin maraqlarını fədakarlıqla müdafiə edən Parisin sadiqliyinin ən son sübutu Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət səviyyəsinə çıxarmaq qərarı, həmçinin de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması ilə bağlı bu yaxınlarda verdiyi bəyanatdır.

“Fransanın məsuliyyətsiz addımı təkcə onun “sülhməramlı” olmaqla bağlı böyük iddialarını heçə endirmir. Regionu hərbi qarşıdurma ilə bağlı yeni təhlükəli vəziyyətə çatdırır, həm də Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və təcavüzə sövq edir”, - Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN