Antiteror əməliyatları zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhadətə qovuşub.
TEZADLAR.AZ yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Əzizbəy Muradovun yaxınları məlumat verib.
Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Xatırladaq ki, Əzizbəy musiqi təhsilli döyüşçümüz idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.
Prezident tərəfindən "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!