Azərbaycan ombudsmanı Səbinə Əliyeva saxlanma yerlərinin monitorinqi çərçivəsində Qarabağda separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyana baş çəkib. Ombudsmanın ofisinin məlumatına görə, Vardanyanın saxlanma şəraitilə bağlı şikayəti yoxdur.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili əvvəlcədən xəbərdarlıq etmədən saxlanma yerlərinə baş çəkib. Əliyeva digər şəxslərlə yanaşı sentyabrın 27-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vardanyanı ayrıca qəbul edib, Ombudsman Aparatının mətbuat xidmətinin  məlumatında deyilir. Oktyabrın 3-də görüş zamanı ombudsman Vardanyanın müraciətini dinləyib, ona cavab verib.  Saxlanılan şəxsin hüquqlarının təmin edilməsi vəziyyətinin monitorinqi aparılıb.

O, saxlanma şəraitindən razı qaldığını bildirib, ilkin tibbi müayinədən keçdiyini və səhhətində heç bir problemin olmadığını deyib. Ailə üzvlərilə telefon danışığı, bağlamaların çatdırılması, kitabxanadan istifadə və informasiyaya çıxış təmin edilib. Eyni zamanda, həbs olunmuş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi onun ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir, məlumatda qeyd olunur.

Başçəkmə zamanı müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma araşdırılıb,  müəyyən edilib ki,  saxlanılanların hüquqları, informasiyaya çıxışı təmin edilir, zəruri tibbi-psixoloji xidmətlər göstərilir, Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında bildirilib. Əvvəlcə Vardanyanın hüquqlarını Bakıdakı  12 saylı Vəkil Bürosunun vəkili Faiq Hüseynov müdafiə edib. O, Turan-ın müxbirilə söhbətində bildirib ki, müdafiə etdiyi şəxslə müntəzəm görüşüb. Vardanyanın saxlanma şəraiti və səhhətilə bağlı şikayəti olmayıb. Faiq Hüseynovun sözlərinə görə, sonradan Vardanyanın ailəsi onun xidmətlərindən imtina edib və  başqa vəkil tutub. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN