Qazaxıstanlı tarixçi alim, jurnalist, “Qazaxıstan Tarixi”(“Qazaqstan Tarihy”) portalının redaktoru Arman Süleymanov Oxu.Az-a açıqlamasında dövlətlərarası sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar fəaliyyətlə məşğul olduğunu və özünün bu sahədəki təcrübəsini bölüşüb.

Tarixçi alim bildirib ki, SSRİ-də ittifaq respublikaları arasındakı sərhədlər şərti olsa da, inzibati bölgü var idi. İttifaq dövlətləri müstəqillik əldə etdikdən sonra isə sərhəd məsələləri ilə bağlı vəziyyət kifayət qədər mürəkkəb oldu.

“Qazaxıstan beş dövlətlə sərhəd xəttini həll etməli idi: Rusiya Federasiyası, Çin Xalq Respublikası, Özbəkistan, Qırğızıstan və Türkmənistanla (orada çox kiçik bir torpaq sahəsi var). Bundan əlavə, Xəzərdə dəniz sərhədləri var... Qarşıda duran vəzifə kifayət qədər mürəkkəb idi. Sərhədlər keçən əsrin 70-ci illərinin sonunda qəbul edilən Sovet İttifaqı Konstitusiyasına uyğun olaraq qurulmuşdu. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, postsovet respublikalarının bütün liderləri SSRİ-nin dağılması zamanı sərhədlərin məhz sovet xəritələri əsasında müəyyən edilməsi ilə razılaşmışdı. Bu, MDB çərçivəsində təsdiqlənib, bir çox müxtəlif razılaşmalar var. Bu, prinsipial olaraq vacib bir məqamdır”.

Arman Süleymanov sərhədlərin müəyyən edilməsində Ermənistanın da yuxarıda qeyd olunan şərtlərlə razılaşdığını vurğuladı:

“Əlbəttə. Ermənistan razılaşmağa məcbur idi, İrəvan artıq heç nə tələb edə bilməzdi. Ermənistan SSRİ-nin tərkibində olan sərhədlərlə razılaşaraq MDB-yə, daha sonra KTMT-yə və Avrasiya İqtisadi İttifaqına daxil oldu. Yeri gəlmişkən, unutmayın ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbulunu yalnız Qarabağın Azərbaycan ərazisi kimi tanınacağı halda mümkün ola biləcəyini söyləmişdi”.

Tarixçi alim Qazaxıstanın öz sərhədlərinin demarkasiyası və delimitasiyası təcrübəsindən də danışıb.

Arman Süleymanov söyləyib ki, postsovet respublikaları arasında bu məsələ sovet inzibati sərhədlərinə əsasən, ittifaq ölkələrinin maraqları nəzərə alınaraq, nisbətən daha asan həll olunurdu:

“Baxmayaraq ki, bəzən sərhədlər nəinki yaşayış məntəqələrindən, hətta bəzi hallarda evlərin təsərrüfatından keçirdi. Həmin proses Çin ilə daha çətin olurdu, çünki bu, keçmiş SSRİ-nin xarici sərhədləri idi. Sovet İttifaqı ilə Çin Xalq Respublikası arasında dəfələrlə sərhəd mübahisələri olub. Bu zaman Rusiya İmperiyası ilə Çin arasındakı XIX əsrin müqaviləsinə müraciət edirdilər. Müəyyən narazılıqlar olurdu, lakin sonda hər şey qarşılıqlı güzəşt əsasında həll edilirdi. Mübahisəli ərazilərin 60 faizi Qazaxıstana, 40 faizi isə Çinə keçdi. Bu, gənc respublikamız üçün böyük bir uğur idi”.

Arman Süleymanov istənilən halda SSRİ daxilində bütün sərhəd mübahisələrinin sovet inzibati xəritələri əsasında öz həllini tapdığını təsdiqlədi:

“Yenə də deyirəm, MDB ölkələrinin bütün başçıları, Ermənistan da daxil olmaqla, sərhədlərin məhz bu çərçivədə qorunmasına sadiq olduqlarını təsdiq ediblər”.

Qazaxıstanlı tarixçi alim hazırda Ermənistanda sovet xəritələrini tanımamağa yönəlmiş çağırışları isə belə qiymətləndirdi:

“Ermənistanın mövqeyi təəccüb doğurur. Əgər tarixə müraciət etsək indiki sərhədlər çərçivəsində Ermənistanın ümumiyyətlə heç bir zaman mövcud olmadığını görərik. Bu, Azərbaycan torpağı idi. Ermənistan İrəvan xanlığının ərazisində yaradıldı. Erməni tərəfinin başqa ərazilərə iddia etmək üçün mənəvi hüquqları ola bilərmi? Azərbaycan ermənilərə kömək etdi, ermənilər öz dövlətlərinə görə, azərbaycanlılara borcludurlar. Bu qədər nankor olmaq olmaz.

Mən Qazaxıstandan bir nümunə çəkmək istəyirəm. Qazaxıstan bir vaxtlar sovet dövründə repressiyaya məruz qalan siyasi xadimlərin və ümumiyyətlə bütün xalqların sürgün edildiyi bir əraziyə çevrildi. Uzaq Şərqdən koreyalılar, polşalılar, Krım tatarları, çeçenlər və inquşlar, Ukraynanın qərbindəki ukraynalılar, Volqa ətrafında yaşayan almanlar, azərbaycanlılar və bir çoxları Qazaxıstan ərazisinə sürgün edilib. Qazaxıstan onların ikinci evinə çevrildi, Qazaxıstan xalqı onlara kömək etdi, bu şəxslərə sığınacaq verdi, bir tikə çörəyini onlarla bölüşdü. Həmin hadisələrlə və digər xalqlardan olan insanlara verilən dəstəklə əlaqədar Qazaxıstanda Şükran günü təsis edildi. Niyə Ermənistanda tarix dərslərində bu barədə öyrədilmir. Haradadır Azərbaycana və azərbaycanlılara qarşı minnətdarlıq, elementar insani nəzakət?”.

Arman Süleymanovun ermənilər barədə bu qədər dəqiq məlumat verməsi təqdirə layiq bir araşdırmadır. Uzun illər Qazaxıstanda yaşamış və işləmiş bir azərbaycanlı kimi, Armanın dediklərininin hamısı həqiqətdir və Qazaxıstan həqiqətən bir çox xalqlara sığınacaq verib, heç zaman millətçilik söhbəti eləməyib. SSRİ dağıldıqdan sonra da xalqlar arasındakı dostluq əlaqələrinə yüksək önəm verən bu ölkədə müxtəlif millətlərin nümayəndələri yaşayır. Bu dostluq və qardaşlıq ənənəsinin davam etdirilməsi Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin uzaqgörənliyi, müdrik siyasət yeritməsi ilə əlaqədardır. Təsadüfi deyildir ki, onu xalqların ağsaqqalı adlandırırlar və o,Qazaxıstanda yaşayan bütün xalqların sevimlisidir. 

Hələ keçən əsrin 30-cu illərində minlərlə qazax represiyalara məruz qalmış, İrana.Türkmənistana köçməyə məcbur edilmiş, ölkəni aclıq bürümüş və milyonlarla qazax tələf olmuşdur.

İndi Qazaxıstan MDB məkanında ən inkişaf etmiş ölkələrdən biridir. Burada əhali firavan,dostluq və sülh şəraitində yaşayır. Azərbaycanla Qazaxıstan arasında çox möhkəm dostluq əlaqələri var. İki ölkə arasında həm siyasi,həm iqtisadi əlaqlər günü-gündən daha da genişlənir və inkişaf etdirilir. Əminliklə bildirmək olar ki, iki dost ölkə arasındakı  bu dostluq və qardaşlıq əbədidir. Yaşasın əbədi olan bu dostluq və qardaşlıq!

Şakir QURBANOV 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN