...Koronavirusla zarafat keçmir. Artıq xəstələnənlərlə dünyasını dəyişənlərin sayında artım dayanmır... Hər gün həyəcanlı xəbərlər eşidirik...
Tanınmış hüquqşünas Şəmsəddin Əliyev maraqlı təkliflə çağırış edib. Belə ki, artıq xəstəxanalarımızda yenidən gərginlik yaşanır... Bəs nə etməli?
Ş.Əliyev deyir:
-1 aydır ki, pandemiyanın dairəsi böyüyür, yoluxanların sayı 4 mini ötdü, ölənlərin sayı 50 nəfərə yaxınlaşdı. Həyacan təbilinin səsləndirilməsi vaxtı çatdı-deyəsən. Vəziyyət kritik olaraq qalır. Vətəndaşların müəyyən təbəqəsi operativ qərargahın aktlarına boyun əymir,polisin sutka ərzindəki fasiləsiz xidmətini dəyətləndirmirlər. Nə etmək? Cəzalar sərtləşdirilməlidirmi? Qənaətimə görə indi də sosial güzəştlərə üstünlük verməyin vaxtı çatıb. Baxaq, görək nə dəyişəcək? Xəstəliyə yoluxanların-aztəminatlı, şəhid ailələrinin və qazilərin, vətən müharibəsi veteranlarının, ümumiyyətlə, xəstəliyə yoluxanların müalicəsi və dərman preparatları ilə təchizatı DÖVLƏTİN HESABINA həyata keçirilsin -pulsuz! Dövlətimizin şükr buna imkanı var! Əvvəla, dərmanlar çox bahadır. Bir evdə 3 nəfər eyni xəstəlikdən müalicə olunursa onun pulunu tapmaq çox çətindir. Əksər hallarda bu xəstəliyin risk qrupuna aid olan qurbanların müayinəsi üçün 60-70, 75 man+pesept üzrə dərmanlar 500-700 man.lazım gəlir. Bu maliyə çətinliyinə görə müəyyən qrup insanlar müayinəyə getmir, tel.vasitəsilə həkimlə əlaqə saxlayır, qabaqlayıcı təsir vasitəsi və profilaktik məqsədlə vitaminli həblər və immun preparatları almağa üstünlük verirlər. Bu da, əslində baha başa gəlir... imkansızlıq vəziyyətində sağlamlığı qoruyub saxlamaqda çətinlik çəkirlər. Təklifim belədir: Zəfər günümüzdən sonra bəzi banklar yüksək vətənpərvərlik və alturislik nümayiş etdirib şəhid ailələrinin, qazilərin bank borclarını silib "eşq olsun"-qazandılar. Bu dəfə də özəl klinikalar bu qəbildən olan xəstələri pulsuz müayinə və müalicə etsinlər. Nazirlər Kabineti məsələni ölkə Prezidenti ilə razılaşdırmaqla Az.Res.Konstitudiyasının 12-ci maddəsində ehtiva edilən "Dövlətin ali məqsədi"ni həyata keçirmək məqsədilə müvafiq qərar imzalasın.
Evdə müalicə olunanlar pulsuz perepatla təmin edilsinlər. Səhiyyə Nazirliyi Baş Apteklər idarəsinə müvafiq ğöstərişlər versin... Düşünürəm ki,u da humanistliyin elit bir addımı kimi dünyaya görk olacaq... İndiki vəziyyətdə covidin meydanı böyüməkdə davam edir. Ekspertlərin şərhinə görə vəziyyəti nəzarətdə saxlamaq çətin olacaq!
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN