Zaman keçdikcə Ermənistanın siyasi dairələri Azərbaycanın bölgədə yaratdığı reallığı qəbul etməyə və taleləri ilə barışmağa hazır kimi görünür.

Elə dünən qondarma «DQR»ın 30 illik yubilyinin məzarlıq səviyyəsində qeyd olunması buna sübutdur. Hər il Cıdır Düzündə mayallaq aşan erməni generallarının və Paşinyanın, Serj Sarkisyanın, Koçaryanın… indi quyruğu qapı arasındadır, səsi çıxmır… Budur, Ermənistandan olan hərbi ekspert Narayr Dunamalyan bu reaalıqlardan birini dilə gətirib. O, yazır: "Paşinyanın Qarabağda fiqur kimi qəbulu indi o qədər də birmənalı deyil və bunun sonrakı nəticələri ilə birgə onun səfərinə reaksiya fərqli ola bilərdi. Bu sırf praktik, gündəlik bir məqamdır. Ancaq siyasi bir komponent də var. Tərəflər rədd etsələr də, Ermənistan və Azərbaycan arasında danışıqlar aparıldığı göz qabağındadır, bəzi proseslər də müşahidə olunur, məsələn, işçi qrupunun əlaqələri, blokadadan çıxarılma, baş nazirin müavini səviyyəsində görüşlər müşahidə olunur. Ermənistanda kim hakimiyyətdə olursa olsun, bu reallıqları göz ardı edə bilməz."

Bəli, Azərbaycanın yazdığı reaalığa isə pozu yoxdur…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN