Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın son müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib.

Tezadlar.az bildirir ki, bunlar İcmanın yaydığı bəyanatda bildirilib. Qeyd edilir ki, mənistanın Baş naziri növbəti dəfə yalan danışıb və Azərbaycana böhtan atıb.

"Həmin Ermənistandır ki, 30 il ərzində beynəlxalq hüququ, BMT Nizamnaməsini, elə Nikol Paşinyanın xüsusi olaraq istinad etdiyi 1991-ci il Almatı bəyannaməsini pozaraq Azərbaycan ərazilərini işğal etmişdir. Bu, həmin Ermənistandır ki, 2022-ci ilin sentyabr ayına qədər siyasi leksikonunda “ölkələrin ərazi bütövlüyü və suverenliyi” ifadəsi yer almamışdır.

2019-cu ildə vaxtilə işğal edilmiş ərazilərdə “Qarabağ Ermənistandır və nöqtə” deyən, Vətən müharibəsi zamanı Azərbaycan ərazilərində hərbi toplantılar keçirib hücum əmri verən, biz Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən bir şəxsin Azərbaycanın qələbəsindən sonra acınacaqlı vəziyyətə düşərək indi özünü beynəlxalq hüquqa sadiq tərəf kimi göstərməsi “timsah göz yaşları”ndan başqa bir şey deyil", - bəyanatda qeyd olunub.

Əlavə edilib ki, bir yandan “Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq” deyib, o biri tərəfdən 2021-2026-cı il üzrə Ermənistan hökumətinin fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, “xilas naminə ayrılma” kimi Azərbaycanın suverenliyini təhdid edən qondarma ifadələrə yer verməklə, beynəlxalq məhkəmələrə iddialarda Qarabağı Azərbaycandan kənar bir ərazi kimi təqdim etməklə sülh müqaviləsi olmur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN