Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanları Cənubi Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbs ediblər.
Dövlət başçısı qiyam təşkil etməkdə şübhəli bilinir. Qiyam ittihamı ilə həbs olunan və yüksək vəzifəli məmurlar üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılan Cənubi Koreya prezidenti Yun Sok Yol ifadə verməkdən imtina edir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi departamentə istinadən məlumat yayıb.
Daha əvvəl bildirilib ki, idarədə dindirilmə yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 06:00) başlayıb.
E.ŞİRİNOV