Abşeronda zavodda ölən və xəsarət alan şəxslərin Hindistan vətəndaşları olduğu müəyyənləşib.
Bu barədə "Təzadlar"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, bu gün yanvarın 13-də saat 8 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırılması işləri zamanı 2003-cü il təvəllüdlü, Hindistan vətəndaşı Harı Prakashi aldığı xəsarətlərdən xəstəxanada ölüb, həmyerlisi, 1982-ci il təvəllüdlü Thattaru Padikkal isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.