Simax Şeyda! Bu ad Azərbaycan oxucularına çox yaxşı tanışdır.

Bu gün 88 yaşlı Azərbaycansevər şair, maarifçi Almaniyada dünyasını dəyişdi. Bu barədə "Təzadlar"a şairin bacısı Zibeydə Yusvayeva məlumat verdi.

Allah rəhmət eləsin!

***

Yaşasaydı bir necə aydan sonra- iyunun 20-də bu gözəl insanın 88 yaşı tamam olacaqdı. Amma...

 S.Şeyda 70 ildən də çoxdur ki, Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdəndir. İndiyə qədər uşaqlar və böyüklər üçün 30-dan çox kitab yazıb. Çox təəssüf ki, dağ yəhudisi olan Simax Şeydaya hələ indiyə qədər lazım olan qiymət verilməyib. Halbuki şair harada olmasından asılı olmayaraq, Vətəni Azərbaycanın haqq səsini dünyaya yayır. Özü də Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvüdür.

S.Şeyda torpaqlarımızın 30 illik işğalı dövründə böyüklər və uşaqlar üçün yazdığı şeirlərinin hər birində torpaqlarımızın işğaldan azad olunacağına inam yaradırdı. Balaca uşaqlarda Vətənə, torpağa, xüsusi olaraq Qarabağa və Şuşaya məhəbbət hissi aşılayırdı. O da maraqlıdır ki, S.Şeyda dağ yəhudisi olsa da bütün şeirləri, nağılları yalnız Azərbaycan dilində yazırdı.

***

simaxx-sey

88 yaşlı şair həm də “Təzadlar”ın ən yaxın dostu idi.

Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. Balaca Simaxın 4 yaşı olarkən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüblər. Burada Sabir adına 5 saylı ortə məktəbin 8-ci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. S.Şeyda o vaxtkı Sergey Mironoviç Kirov adına (indiki Bakı Dövlət Universiteti) Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsi üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə isə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılıq Evində Teatr və Təsviri İncəsənət üzrə metodist kimi başlayıb. Sonralar isə orada baş metodist və direktor olub. S.Şeydanın sonrakı fəaliyyəti Bakı şəhəri ilə bağlı olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin 1965-ci ildən 1990-cı ilə qədər müdiri olub. Paralel olaraq “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Eyni zamanda “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Azərbaycan” qəzetlərində və “Göyərçin” jurnalında uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün 5 mənzum pyesinin müəllifidir. “Təyyarə” adlı uşaqlar üçün ilk şeir kitabı 1964-cü ildə nəşr olunub. Sonralar “Mən balaca kosmonavtam” (1967), “Yaxşı qız” (1979), “Kimin belə qızı var” (1983), “Tülkü, tülkü, tümbəki” və s. şeir kitabları işıq üzü görüb.

Bir daha ruhuna dualar edirik!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN