Avstraliyanın Melburn şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib- Səfirlikdən "Təzadlar"a Yeni il təbrikləri gəldi...
Redaksiyanın elektron poçtuna daxil olan təbrikdə deyilir: "Hörmətli "Təzadlar" qəzetinin redaksiyası. İlk öncə Səfirlik adından sizləri 31 dekabr Dünya-AzərbaycanlılarınınHəmrə
Dərin hörmətlə,
Embassy of the Republic of Azerbaijan
in Commonwealth of Australia, New Zealand and the Republic of Fiji
5 Mialli Place, O'Malley
ACT 2606 Australia
Tel: +61 2 6290 5600".
***
Beləliklə, Azərbaycan Respublikasının Avstraliya Birliyində, Yeni Zelandiya və Fici Respublikasındakı Səfirliyindən "Təzadlar"a verilən məlumatda bildirilir ki, İttifaqının Melburn şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi, Avstraliya Azərbaycan Assosiasiyaları Alyansına daxil olan Avstraliya Azərbaycan Cəmiyyəti və Azərbaycan Viktoriya Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Toplantıda bu ölkədə yaşayan çoxsaylı Azərbaycan icmasının üzvləri, Avstraliya Federal Parlamentinin və Viktoriya ştat parlamentinin deputatları, eləcə də şəhər bələdiyyə şurasının sədri və yerli milli icma rəhbərləri iştirak ediblər.
Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun toplantı iştirakçılarına təbriki çatdırılıb və federal səviyyədə yenicə qeydiyyatdan keçmiş bütün icma təşkilatlarını özündə birləşdirən Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı Alyansının fəaliyyətinə uğurlar arzulanıb. Tədbirdə çıxış edən Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin müvəqqəti İşlər vəkili Vaqif Cəfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi, mahiyyəti, bu günün təsis edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu haqqında qonaqlara məlumat verib. Tədbirdə həmçinin Avstraliya Federal Parlamentinin üzvü konqresmen Keith Vollohan, Viktoriya Parlamentinin üzvü konqresmen Richard Velch və Azərbaycan Avstraliya Assosiasiyaları Alyansının rəhbəri Fuad Aydınbəyzadə çıxış edərək, Avstraliyanı özləri üçün ikinci vətən hesab edən azərbaycanlıların qürbətdə yaşamalarına baxmayaraq, bu ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamağa çalışdığını qeyd ediblər. O cümlədən tarixən bölünmüş xalqlar arasında yer alan azərbaycanlıların bütün çətinliklərə rəğmən, öz milli ənənələrini və dəyərlərini qoruyaraq onu yaşatmaları təqdir edilib. Tədbir çərçivəsində icma üzvlərimizin ifasında Azərbaycanın milli rəqsləri, musiqi nümunələri əsasında konsert proqramı təşkil edilib.
"Təzadlar" ailəsi adından biz də Səfirlik əməkdaşlarının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günün bayramlarını təbrik edirik!
A.Məmmədli