Ermənilərin beynəlxalq axtarışa verib Moskva aeroportunda saxlatdırdığı Kamil Zeynallı ötən gecə Azərbaycana qayıdıb...
"Vətənə qayıtmağa heç ümidim yox idi. Məni MDB ölkələri üzrə axtarışa veriblər və bu quruma üzv dövlətlərə gedə bilmərəm”,- deyən Moskvadan Bakıya qayıdan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar”.
Bəli, Azərbaycan da erməni separatçıları və quldurlarının, Azərbaycan ərazilərində işğalçılıqla məşğul olanların hamısının barəsində cinayət işi başladıb beynəlxalq axtarışa verməlidir. Bu mütləq olmalıdır. Düşmən ölkə əməllərini belə saxta axtarış və ya cinayət işləri ilə don geydirmək istəyir. Amma Ermənistanın siyasi və hərbi rəhbərliyi bütün beynəlxalq qanunları pozaraq Azərbaycan ərazilərində viranəlik və dağıntılarla, soyqırımla məşğul olubdur. Bu cinayətlər onların boynundadır.
A.Məmmədli