Abxaziyanın deputatları və nazirləri etirazçılar tərəfindən mühasirəyə alınan Suxumidə hökumət binalarını tərk ediblər.
Bu barədə Tezadlar.az yerli nəşrlərə istinadən xəbər verir.
"Saraydan kütləvi köç", — sayt nəşrlərə istinadən yazır.
Qeyd olunur ki, gedənlər arasında respublikanın baş nazirinin müavini və iqtisadiyyat naziri Kristina Özqan və digər parlament üzvləri də var.
Bundan əvvəl məlum olub ki, Abxaziyada respublika prezident administrasiyasının binası yaxınlığında hasarları aşmış etirazçılar dövlət başçısı Aslan Bjaniyanın istefasını tələb ediblər.
E.ŞİRİNOV