Erməni saytlarında iki xəbər gedib, iksi də hər bir azərbaycanlını hiddətə gətirə biləcək həyasız sayıqlamalardan ibarət bəyanat.

Birinci xəbərdə News.am erməni saytı xəbər verir ki,  ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayev Yerevanda “artsax respublikasının prezidenti” Araik Arutyanla görüşüb.

Bəli, hörmətli oxucular, elə belə də yazılıb və üstəlik də görüşün rəsmisi də verilib. Daha sonra görüşdə hansı məsələlərin müzakirə edildiyi bildirilir. Həmin görüş barədə bəzi fraqmentlərlə siz də tanış olun:

“artsax respublikasının prezidenti” Arutyunyan Yerevanda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayevlə görüşüb.

“Artsaxın” “xarici işlər nazirliyi”nin mətbuat xidmətinin məlumatına görə, “dövlət başçısı” Rusiya həmsədrinə yeni vəzifədə uğurlar arzulayıb və “artsaxın” ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini davam etdirmək öhdəliyinə sadiq qalacağanı bildirib.

Azərbaycan-Qarabağ münaqişəsi ilə bağlı müxtəlif məsələlər müzakirə edilib, həmsədrlərin regiona qarşıdakı səfərinin əhəmiyyəti vurğulanıb.

“prezident Arutyunyan” regionda Rusiya sülhməramlı missiyasının xüsusi əhəmiyyətini qeyd edib.

Görüşdə “artsax respublikasının xarici işlər naziri David Babayan, digər vəzifəli şəxslər iştirak ediblər”.

Bu nədir, nə baş verir?  ATƏT kimi avara bir qurumun rusiyalı həmsədri bu görüşdən sonra çox güman ki, Azərbaycana da gələcək. Nə üzlə? Araikin təlimatından sonramı? Əvvələr bu avara qurum Ermənistan və Azərbaycan rəhbərləri ilə görüşürdü, indi açıq şəkildə üzdəniraq “dağlıq qarabağ respublikasını”  tam hüquqlu bir subyekt hesab edirlər və araiklər də özlərini çox rahat hiss edir, Azərbaycanı heç veclərinə də almırlar? Araik Moskvaya gedir, görüşlər təşkil edir, döyüşçüləri medalla təltif edir, bir sözlə, özünü “müstəqil bir dövlətin başçısı” kimi aparır. Rusiya da bütün bunlara göz yumur, əksinə bu vəziyyətin yaranmasına vasitəçilik edir. İndi bu rusiyalı yeni həmsədr Bakıya gəlməmişdən qabaq onun “missiyasını” boykot etmək, Azərbaycana gəlişini qadağan etmək lazımdır.

İkinci hiddət doğuran xəbər isə Azərbaycan əsgərləri ilə Türkiyə hərbçilərinin Laçında təlimə başlanmasından “hiddətlənən” Lusina Avanesyanın “bəyanatıdır” Kimdir bu Lusina? Lusina Avanesyan üzdəniraq “dağlıq qarabağ respublikasının prezidentinin” mətbuat katibidir. Bu Lusina lap irəli gedərək belə bir sayıqlama sərgiləyib: “Rəsmi Stepanakert “artsaxın” Azərbaycanın işğal etdiyi ərazilərində istənilən fəaliyyəti,o cümlədən, birgə Türkiyə-Azərbaycan təlimləri “artsax” üçün yeni təhlükədir.

"Təkcə bu təlimlər yox, artsaxın Azərbaycanın işğal olunmuş ərazilərində baş verən hər bir hadisəni nəzərdən keçirir və buna qarşı adekvat addımlar atmağa hazır olmalıyıq. Biz bu barədə rusiya sülhməramlıları ilə daima müzakirələr aparırıq”. Xəbərdə deyilir ki, bu müzakirələrin nədən ibarət olduğunu Lusina açıqlamır.

Aydın məsələdir ki, açıqlamayacaq. Rusiya “sülhməramlı” adı altında, necə deyərlər, saman altından su yeridir və Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaratmaqla məşğuldur.

Azərbaycan bu “görüşlərə”,”bəyanatlara” öz sərt mövqeyini bildirməlidir. Azğınlaşan düşmənin başını tam əzmə vaxtı çoxdan çatıb.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN