Xaçatur Xaçatryan: “Ermənistan Qarabağda heç bir şey tikmədi, ancaq taladı, dağıtdı

İşğaldan azad edilmiş ərazilərdə bərpa- quruculuq işləri, infrastrukturun yaradılması nəinki Avropanı, hətta düşmənimiz olan erməniləri belə heyrətə gətirib. Şuşada, Zəngilanda, Qubadlıda, Laçında, Cəbrayəlda, Kəlbəcərdə, Ağdamda və digər ərazilərdə bərpa, quruculuq işləri o qədər sürətlə gedir ki, hətta düşmənlərimizi belə dilə gətirib. Gedən bərpa quruculuq işlərinin xofu o qədər güclü olub ki, Xankəndində sentyabr 2-nə planlaşdırılan qondarma "Artsax"ın 30 illik yubiley tədbiri də təxirə düşdü. Yəni, qorxularından yubileyi keçirə bilmədilər. 

Əslində, nəyin və kimin yubileyini? Murdar olmuşun, Prezident İlham Əliyevin dili ilə desəm, gorbagorun yubileyi olur???

Erməni siyasi icmalçısı Xaçatur Xaçatryan bununla bağlı fikilərini belə bölüşüb: "“Artsax günü” deyirsiniz? Bəs belə bir gün keçirmək üçün nə etdiniz? Baxın, indi orada Azərbaycan nələr edir. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Bəs bizim hökümətimiz 30 il ərzində “ Artsax” üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib. Bir dövlət də “DQR”i rəsmən tanımadı. Və ümumiyyətlə, Ermənistan Qarabağda heç bir şey tikmədi, ancaq taladı, dağıtdı. İndi Qarabağda Azərbaycan fəal tikinti işləri aparır, aeroportlar, mehmanxanalar, tuneller tikir. Bütün bunlar Ermənistanın əvvəlki və hazırki hakimiyyətinin “fəaliyyəti”nin real göstəricisidir.”

Göründüyü kimi, ermənilər də artıq haqq yoluna gəlirlər və Qarabağın əsl sahibinin Azərbaycan xalqı olduğunun fərqinə varırlar. İnanırıq ki, Qarabağda sürətlə gedən quruculuq -abadlıq işləri, hələ çox erməniləri haqq yoluna gəlməyə məcbur edəcək və onlar Qarabağın kimin olması həqiqətlərini nəhayət, dərk edəcəklər. Nə qədər ki, ermənilər özgə torpağına göz dikəcəklər, onda 100 il bundan əvvəl Azərbaycan torpaqları üzərində Rusiyanın köməkliyi ilə yaratdıqları Ermənistan dövləti də məhv olacaq.

 Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN