"Azərbaycan tərəfinin müvafiq qərar qəbul edərək, sərhədi tezliklə açmasını alqışlayarıq”.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, ölkənin xarici işlər naziri İlya Darçiaşvili hökumətin iclası başa çatdıqdan sonra jurnalistlərin sualına cavab olaraq bu barədə danışıb. Nazir Azərbaycanın quru sərhədləri hansı səbəbdən bağlı saxladıqlarını bilmədyini deyib: “Biz təbii ki, turizmin daha da inkişafı üçün sərhədlərin tam açılmasını alqışlayırıq. Qonşu və strateji tərəfdaş ölkəmizdən çoxlu qonaqlarımız olub və biz bunun gələcəkdə də davam etməsini istəyirik. Onların sərhədlə bağlı konkret arqumentləri var, bu, təkcə Gürcüstana aid deyil. Burada çoxlu nüanslar var, mən Azərbaycan tərəfinin mövqeləri barədə danışmaq istəmirəm. Biz bilirik ki, sərhədlərin bağlanması səbəblərindən biri covid-19 idi, o zaman təhlükəsizlik baxımından bölgədə vəziyyətin necə inkişaf etdiyini bilirsiniz. İndi isə Azərbaycan tərəfi qərar qəbul edərsə, biz onları alqışlayacağıq və onların vətəndaşlarının Gürcüstana gəlməsi daha da asan olacaq...".

Uzun müddətdir ki, Azərbaycanın Gürcüstanla sərhədlərinin açılacağının vacibliyi vurğulanır. İnanırıq ki, problem tezliklə həllini tapacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN