Ukrayna-Rusiya cəbhəsində vəziyyət son üç ayda olduğundan xeyli yaxşılaşıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Le Monde” nəşrinə müsahibəsində bu barədə danışıb. Sitat: “Artilleriya sursatlarının, hava hücumundan müdafiə vasitələrinin, uzaqmənzilli silahların olmaması və Rusiya dronlarının sıxlığı səbəbindən çətinliklərlə üzləşdik. Rusiya aviasiyasına qarşı yaxşı işlədik, Şərqdə vəziyyəti bərpa etdik və düşmənin hücumu dayandırıldı. Biz Qara dənizdə güclü əməliyyatlar həyata keçiririk. Mən təfərrüatlara varmayacağam, amma çox önəmli müsbət nəticələrə işarə edən məruzə aldım”.

Zelenski əlavə edib: “Lakin biz Rusiyanın Ukraynanın şərqindəki hücumunu dayandırdıq və onlar böyük itkilər verirlər. Nəyə görə mən daha da pozitiv deyiləm? Çünki  ola bilsin sabah, bir həftə və ya bir ay sonra onlar daha bir milyon sursat əldə edəcəklər, bizim ümid etdiyimiz sursatlar isə olmayacaq...”.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN