Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və görüşlərdə iştirak etmir.

Tezadlar.az “Sputnik Armeniaya”ya istinadla bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan deyib. Sitat: "Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”.

Paşinya Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını isə deməyib. Bununla belə, o, bunun yeni ilədək ola biləcəyini istisna etməyib. Hansı ki,  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.

 ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu isə daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər. Rəsmi Kremldən isə Paşinyana neçə dəfədir xəbərdarlıq gəlir ki, Rusiya ilə zarafat etməsin...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN