Gürcüstanda 2020-ci ildən etibarən koronavirus qaydalarının pozulmasına görə yazılmış cərimələr silinəcək.

Gürcüstan Parlamenti karantin qaydalarının pozulmasına görə tətbiq edilmiş və ödənməmiş cərimələrin əfv edilməsini nəzərdə tutan qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.

Parlamentin dünən keçirilən iclasında səsə qoyulan qanun layihəsinə 88 deputat lehinə səs verib, əleyhinə səs qeydə alınmayıb.
Gürcüstan Parlamentinin vitse-spikeri Giorgi Volski bildirib ki, müvafiq güzəşt yalnız 2021-ci ilin 23 iyununadək yazılan cərimələrin silinməsini nəzərdə tutur.

Hesablamalara görə, yeni qanuna əsasən, 245 min fiziki və 344 min hüquqi şəxsin 76 milyon lari həcmindəki cərimələri silinəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN