“Haber Global”ın verdiyi xəbərə görə, Almaniya hökuməti “Sinovac” peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxmayacaq. 

Xəbərdə deyilir ki, "Sinovac" peyvəndilə vaksin olunmuş İran vətəndaşıiddia ərizəsi ilə Berlin Məhkəməsinə müraciət edib. Məhkəmə  iddia ərizəsinə dair hökmünü açıqlayıb.

Ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı “Sinovac” peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb.

Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan sonra da Almaniya ərazisinə buraxılmayacaq.

Qeyd edək ki, ölkə hökuməti yalnız “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson” vaksinlərini rəsmən tanıyır.

Belə çıxır ki, Çin istehsalı olan "Sinovac" peyvəndi təsirsiz, bütün kliniki yoxlamalardan keçməmiş, bir sözlə,yararsız bir vaksin hesab olunur. O zaman Azərbaycanda bu "Sinovac" vaksinini niyə ucdantutma hamıya vururlar? Azərbaycan vətəndaşı laboratoriya obyekti deyil ki, dünyanın rədd etdiyi peyvəndi öz vətəndaşında sınaqdan keçirəsən. Bir şey ki, "kitayski" ola, onun effektli bir vaksin olmasına inanmaq olarmı? Mətbuatda yayılan xəbərlərə görə, "Sinovac" vaksinini heç çinlilərin özləri qəbul etmir. Bu "vaksinin" fəsadları sonra üzə çıxacaq. Almaniya axmaq ölkə deyildir ki, əsaslandırmadan, yoxlamadan hər bir vaksini qəbul etsin. 

Sonda: "Sinovac" vaksini təcili olaraq ölkədən yığışdırılmalı, ölkəyə etibarlı vaksinlər gətirilməlidir.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN