Qazaxıstan Respublikası Prezidentinin iqamətgahında (Akorda) bir sıra dövlətlərin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin Qazaxıstan Prezidentinə etimadnaməsini təqdim etmə mərasimi baş tutub.

Akorda iqamətgahının rəsmi saytı xəbər verir ki, Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Ağalar Atamoğlanov da öz etimadnaməsini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.

Kasım-Jomart Tokayev diplomatı Qazaxıstandakı missiyalarına rəsmi başlaması münasibətilə təbrik edib və peşəkar təcrübəsi və yorulmaz əməyi sayəsində müxtəlif sahələrdə dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini çatdırıb.

Azərbaycanla əməkdaşlıqdan danışan dövlət başçısı ölkəmizin Qazaxıstanın Avrasiya məkanında və Xəzər regionunda əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb.

“Ən aktual vəzifə – çoxşaxəli əməkdaşlığımızın bütün spektrinə əlavə dinamika verməkdir”, - deyə Qazaxıstan Prezidenti əlavə edib.

Mərasimin sonunda Kasım-Jomart Tokayev diplomata uğurlar arzulayıb.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN