"Bu gün Gürcüstan parlamenti əhalinin əksəriyyətinin rasional iradəsinə uyğun hərəkət edəcək və üçüncü oxunuşda (Xarici təsirin şəffaflığı haqqında) qanun layihəsini qəbul edəcək.."
Tezadlar.az Gürcüstan mediaslna istinadla bildirir ki, baş nazir İrakli Kobaxidze brifinqdə belə deyib. O əlavə edib ki, apreldə keçirilən sosial sorğuya əsasən, əhalinin 80%-dən çoxu qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflığını, 60%-dən çoxu isə “Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyir.
Baş nazir Kobaxidze etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına nümayişçilərin hər hansı zorakılıq təzahürlərinə maksimum səbirlə cavab verməyə göstəriş verib. Sitat: "Mən həqiqətən ümid edirəm ki, gələcəkdə vəziyyət keyfiyyətcə dəyişəcək və həm Amerika Birləşmiş Ştatları, həm də Avropa İttifaqı Qlobal Müharibə (Vahid Milli Hərakat) Partiyasının təsirindən azad olacaqlar".
Xatırladaq ki, ötən gün parlamentin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Sabah, mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni qəbul edəcəyi gözlənilir.
Avropa İttifaqının bir çox deputatları isə adı çəkilən qanun qəbul edilərsə, Gürcüstanın siyasi rəhbərliyinə qarşı sanksiyalar tətbiqini gündəmə gətirib. Hər şey bu günkü qərardan asılı olacaq.
A.Məmmədli