"Gürcüstan hökumətinə verdiyimiz maliyyənin bir hissəsi vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyini artırmaq üçün yönəldilə bilər".

Tezadlar.az 24News.ge - yə istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə müsahibəsində bildirib. Səfirin sözlərinə görə, Avropa İttifaqı Gürcüstana ümidini itirmir: “Biz Avropa İttifaqı olaraq Gürcüstana ümidimizi itirmirik. Biz əməkdaşlıqda qalmaq üçün buradayıq. Bəli, hazırda ikitərəfli münasibətlərimizdə problem var, lakin bu problemin aradan qaldırılacağına ürəkdən ümid edirik. Biz çox səbirliyik, Gürcüstanı gözləyirik. Gürcüstanın namizəd ölkə statusu alması tarixi nailiyyət idi. Məndən soruşsanız, Gürcüstana olan bəzi maliyyə vəsaitləri dayandırıla bilərmi? bəli, başqa istiqamətə yönəldilə və ya dayandırıla bilər. Biz nəticələri müzakirə etməyə başladıq: vizasız rejimin dayandırılması da daxil olmaqla bütün variantlar müzakirə olunur, lakin mənim fikrimcə Gürcüstan vətəndaşları cəzalandırılmamalıdır. Təbii ki, bizim vətəndaş cəmiyyətinə və qeyri-hökumət təşkilatlarına dəstəyimiz azalmayacaq, əksinə, bu qanuna cavab olaraq, güman edirəm ki, Gürcüstan hökumətinə verdiyimiz maliyyənin bir hissəsi vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyini artırmaq üçün yönəldilə bilər".

Əslində, bu o deməkdir ki, Gürcüstanda QHT- lərin bayramıdır...

Gürcüstanın qanunun tərəfdarı olan Nazirlər Kabineti aparatından isə həıəki bu ittiham dolu bəyanata cavab verilməyib... 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN