Məncə, jurnalistika ən məsuliyyətli, həm də çətin və elə o qədər də asan sahədir...

Jurnalistika fakültələrini bitirib diplom alan və müstəqil bir normal xəbər yaza bilməyənlərin nəzəri biliyi kimə lazımdır? Praktika da əsas önəm daşıyır, amma bunu necə qazanmalı? Bax bu ciddi məsələdir...

Tanınmış və təcrübəli jurnalist Taleh Şahsuvarlı bu suala belə cavab verir: "...Bü gün jurnalistika fakültələri üçün qabiliyyət imtahanı keçirilib. Bütün səmimiyyətimlə, məsuliyyətimlə və təcrübəmlə deyirəm ki, jurnalistika xüsusi qabiliyyət tələb edən sahə deyil. Necə ki bir həkim, bir mühəndis, bir hüquqşünas, bir tarixçi təhsil sisteminin yetirməsidir, eləcə də jurnalist. Bizim orta məktəblərdə təhsil  zay olduğu üçün universitetlər 4 ildə jurnalist yetişdirə bilmir. Belədə vəziyyətdən asan çıxış yolunu qabiliyyət imtahanı keçirməkdə görürlər. Bu imtahanların nəticəsinə də mən şübhə edirəm. Çünki orta məktəb proqramlarında "qabiliyyət" saydığımız anlayışa daxil ola biləcək heç nə yoxdur. Bu istiqamətdə təsəvvürləri orta məktəb şagirdlərinin qəzet oxuması yarada bilər. Qəzet oxumaq vərdişi sıradan çıxmış cəmiyyətdə DİM-in sayəsində yüklənən uşaqlardan isə bunu gözləmək yersizdir. Odur ki, bu qabuliyyət imtahanları ancaq gözdən pərdə asmaq üçündür. Jurnalistikaya gəldikdə, bu ixtisasın bütün proqramını maksimum 1 ilə öyrənmək olar. Hətta oxumadan, praktikada da öyrənmək olar. Amma jurnalist ən azı 8 sahədə dərin biliklərə malik olmalıdır. Politologiyanı, tarixi, beynəlxalq münasibətləri, sosiologiyanı, hüququ, iqtisadiyyatı, menecmenti və ədəbiyyatı bilməlidir. Bunları öyrənən və öyrədən yoxdursa, inşa yazdırmaqla jurnalist yetişdirmək olmaz...".

 Bəli, faktdır ki, jurnalistlərimiz jurnalistika fakültələrində yox, bəyənmədiyimiz redaksiyalarda yetişir... Buna yetərincə misal çəkmək olar. Amma o da var ki, jurnalist yetişmək üçün də ortada keyfiyyətli məhsul- intellektli, bir çox sahələri təhlil edə bilən, az-çox biliyə malik məzun olmalıdır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN