...Sizcə, insanların və bütövlükdə ölkənin sağlamlıq durumu ilə zarafat edəni, bundan öz şəxsi xeyri üçün istifadə edəni hansı cəza gözləyir? Bilirsiniz...

Bəs görəsən niyə Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara “Covid-19” əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verən həkim və onun komandası bunu bilib-anlamır??? Budur, daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova və “Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində “Covid-19” əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə “E-Təbib” portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

 Təsəvvür edirsinizmi, həkimin vəzifəsi vətəndaşların timsalında bütövlükdə ölkə ərazisində tibbi-sağlamlıq durumunu yaxşılaçdırmaqdır, bizim bu həkimlər isə... İndi onları vətəndaşların həyatı ilə alver edərək aldıqları pullar deyil, bu hərəkətlərinin əvəzində alacaqları 3-5 illik azadlıqdan məhrum etmənin müddəti düşündürür. Halbuki, əvvəldən bunu düşünüb etsəydilər belə aqibətlə də qarşılaşmazdılar...

A.Məmmədli 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN