Bu gün Azərbaycan Mətbuat Şurasında Şura tərəfindən icra olunan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihənin təqdimatı keçirildi.

Xatırladırıq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilir və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı layihənin icrası üçün texniki və metodoloji dəstək göstərib.

 Layihə barədə Mətbuat Şurasının sədri Rəşad Məcid ətraflı məlumat verdikdən sonra layihənin məzmunu ilə bağlı Azərbaycan Medianın İnkişafı Ağentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli danışdı. N.Məmmədli xüsusi olaraq qeyd etdi ki, layihənin məqsədi ölkəmizdəki bütün media subyektlərinin sayındakı və fəaliyyətindəki pərakəndəliyi aradan qaldırmaq, sistemliliyi təmin etməkdir.

 Daha sonra layihənin əhəmiyyəti barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edilməsi meneceri Natiq Lahıcov danışdı, layihənin strateji dəyərindən bəhs etdi.

Layihənin virtual platforma olaraq strukturu barədə Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov, eləcə də Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış etdilər.

Layihənin əhəmiyyətli və davamlığı barədə Professolr Qulu Məhərrəmli çıxış edərək fikirlərini səsləndirdi, layihəni yüksək qiymətləndirdi.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili isə layihənin dəyərindən söz açaraq jurnalistlərin sosial məzuniyyət və istirahət hüquqlarının təmini ilə bağlı da təklifini səsləndirdi, oxşar layihələrdən birinin də bu istiqamətdə reallaşmasını arzuladı.

1

Xatırladırıq ki, təqdimat mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul nümayəndəsi, həmçinin ekspertlər və media rəhbərləri, jurnalistlər iştirak edirdilər. Onlar layihənin icrası ilə bağlı sənədləri canlı olaraq Mətbuat Şurasının saytında izləməli oldular. Mətbuat Şurasının saytındakı ayrıca bölmə olan «Media landşaftı»nda aşağıdakı bölmələr vardır:

-Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar;

-İnformasiyanın etik standartlarını müəyyən edən milli və beynəlxalq sənədlər;

-Azərbaycanın aparıcı media subyektləri (İnformasiya agentlikləri, Audiovizual media subyektləri, çap mediası subyektləri, onlayn media);

-Azərbaycan mediasında gender balansı;

-I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası.

 Qeyd edək ki, Mətbuat Şurasının saytına daxil olan hər bir şəxs (məlumat bazası iki dildə təqdim olunur) «Media landşaftı»ndakı məlumatlarla ətraflı tanış ola biləcək.

Yasəmən Məmmədli

1

1

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN