2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkədə 391,2 milyon manat dəyərində mebel istehsal edilib.

TEZADLAR.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, bir il öncəki göstəricini 45,9 faiz üstələyir.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda istehsal dəyərində 57,2 faiz artım qeydə alınıb. Dekabr ayında 55,8 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə ötən il ölkəyə 164,4 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2023-cü ilin göstəricisindən 24,4 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ildə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78 faizə bərabər olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN