Audiovizual Şura “MTV” və “Dünya TV” kanallarının yayımının 3 saatlıq dayandırılması haqqında qərarlar qəbul etmişdir...

Şuradan "Təzadlar"a bildirilib ki, 5 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilmişdir. Məlum olur ki, 03 fevral 2025-ci il tarixində, saat 21.28-də "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunmuş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilmişdir.

 Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19.40-da "Dünya TV" kanalının  efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbi pozulmuşdur.

 Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08.00-11.00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul etmişdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN