Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Komissiya təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır, deyə məlumatda bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl KİV-lərdə müvafiq sertifikatları olmayan bir çox plastik cərrahların qanunsuz fəaliyyəti haqqında materiallar dərc edib.
Artıq bir çox plastik cərrahların lisenziyası ləğv edilib, bəzilərinin işi hüquq mühafizə orqanlarında araşdırılır.
A.Məmmədli