"Azadlıq Meydanı"nın təşkilatçılığı ilə Dmanisi meriyası qarşısında etiraz aksiyası keçirilib.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, aksiyanın məqsədi bir neçə gündür ki, Dmanisidə aclıq aksiyası keçirən ictimai fəal Laşa Çxvimianiyə dəstək olmaqdır. Aksiya zamanı çıxış edən ictimai fəallar və siyasətçilər hakimiyyətin qərb kursundan üz çevirməsini tənqid edib, xalqın istəyini eşitməli olduğunu qeyd ediblər.
Məsələ ondadır ki, ölkədə davam edən siyasi proseslərlə bağlı Laşa Çxvimiani 6 gün əvvəl aclıq aksiyasına başlayıb. O, bildirib ki, əgər çərşənbə günü meriyanın qarşısındakı aksiyada park insanlarla dolarsa, həmin axşam aclıq aksiyasını dayandıracaq. Ona görə də onun aclıq aksiyasını dayandırması meriyanın qarşısındakı parka daha çox insanların toplaşması lazımdır...
A.Məmmədli