Keçmiş tarixə bir nəzər...

Azərbaycan Teatr Xadimləri İttifaqı Qafqazın ən qocaman yaradıcılıq təşkilatlarından biridir. 1897-ci ildə “Artistlər İttifaqı”  adı ilə yaradılan  bu  təşkilat,  1917-ci ildən  “Müsəlman Artistlər İttifaqı”, 1920-ci ildən  “Türk Aktyorlar İttifaqı”, 1945-ci ildən  “Azərbaycan Teatr Cəmiyyəti”  kimi fəaliyyətini uğurla  davam etdirib. 1987-ci ilin 27 fevral tarixli təsis Konfransının qərarı ilə  “Azərbaycan Teatr Xadimləri İttifaqı” adlandırılıb. Belə ki, həmin vaxtlar Sovetlər Birliyində olan bütün teatral  cəmiyyətlər, İttifaq adlandırılmağa başlanıldı. Yadımdadır ki, bununla bağlı hətta düya şöhrətli məşhur teatr xadimlərinin  çox böyük müzakirələri də gedirdi. Bu təşkilatın İttifaq olmasını dəstəyənlər daha çox idi. Mən də bu haqda mətbuatda  yazmışdım və televiziya çıxışımda İttifaq olmasını dəstəkləmişdim. Azərbaycanda da həmin vaxtı bu İttifaqın sədri SSRİ Xalq artisti, çox xeyirxah insan  Lütfiyar İmanov oldu. O  vaxtlar  mən Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru idim.  Elə o vaxtdan bizim bu İttifaqla sıx əlaqələrimiz  başladı.

***

... Yarandığı ilk günlərdən bu təşkilat özünün zəngin tarixi boyu  bir məqsədə - Milli Teatr sənətimizin inkişafına və təbliğinə xidmət edib.

Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq edib, onların zəngin təcrübəsi və uğurlu rəhbərliyi ilə bu təşkilkatda işlər  dövrün tələblərinə uyğun qurulub.  Mustafa Mərdanovun, Mehdi Məmmədovun, Şəmsi Bədəlbəylinin bu Cəmiyyətə  rəhbərlik etdikləri vaxtlarda da burada işlər yaxşı gedib.

Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün ölkədaxili tədbirlərlə yanaşı, beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. Teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, konfransların, anım günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması və sairə maraqlı  istiqamətlərdə fəaliyyət göstərən Teatr Xadimləri İttifaqı bu gün də öz işini uğurla davam etdirir, ölkə daxili tədbirlərlə yanaşı, milli teatr sənətimizin Azərbaycanın hüdudlarından kənarda da  təmsil olunması üçün yorulmadan və var qüvvəsilə çalışır.

h

Mənim bu təşkilatla tanışlığım 1971-ci ildən başlayır. Belə ki, həmin il mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun darm və kino  aktyorluğu  fakültəsinə    ( SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifinə) qəbul olmuşdum. Sənət dərslərimiz həmin vaxtı  Teatr Cəmiyyəti adlanan bu binada keçirdi. Çünki Mehdi Məmmədov bu cəmiyyətin sədri idi və bizimlə də sənət dərslərini burada kiçik səhnədə keçirdi. Sözsüz, sözlü etüdləri, tamaşalardan parçaları və tamaşalarımızı böyük səhnədə göstərirdik....

 Teatr Xadimləri İttifaqqının Həsənağa Turabov dövrü

Sonra mən artıq teatrlarda aktyor, rejissor  və teatr rəhbəri olanda bu təşkilatla sıx əlaqə saxlayırdıq.  Hətta bu təşkilatın adı və maliyyə  dəstəyilə  MDB məkanında keçirilən tədbirlərdə və festivallarda jürinin  üzvü kimi də iştirak edirdim.

Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru işləyəndə 1990-cı ildə, xalqın sevimli aktyoru, Xalq artisti, çox maraqlı şəxsiyyət Həsənağa Turabov Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti seçilən vaxtı, Azər Paşa Nemətov sədr, Bala Qasımov, Qəzənfər Topçiyev, Lyudmila Duxovnaya, Yaşar Nuriyev, Kamal Aslanov və mən katib seçildik. Həmin illərdə biz Teatr Xadimləri İttifaqı üçün çox böyük işlər gördük.  O vaxtlar Həsənağa Turabovun  respublikada hörməti çox böyük idi və demək olar ki, məmləkətimizdə olan imkanlı təşkilatlar Həsənağa müəllimə görə Teatr Xadimləri  İttifaqına çox böyük maliyyə  köməklikləri eləyirdilər. Hətta həmin vaxtı teatr xadimləri üçün istirahət evi də tikdirmək istəyirdik. Bu müqəddəs işin başlanğıcını da Lütfiyar İmanov qoymuşdu.  Hətta bununla bağlı  layihə də hazırlatdırmışdıq. Amma yüksək rütbəli məmurlar bu müqəddəs işi reallaşdırmağa imkan vermədilər... Amma Azərbaycanın  bölgələrində olan bütün teatrları  burada, Abbas Mirzə Şərifzadə adına  Aktyor evinin səhnəsində  tamaşalar oynamağa dəvət elədik. Klassik və mono tamaşalar festivalları və hətta beynəlxalq səviyyəli festivallar da keçirdik. “Qızıl Dərviş” və başqa mükafatları təsis  elədik. Orada olduğum təxminən on il müddətində Teatr Xadimlər İttifaqı bütün yaradıcı heyyətlər üçün ən doğma, əziz bir ev oldu. Müqtədir aktyorlardan, aktrisalardan tutmuş, müasirlərə qədər üzdə olan bütün sənətkarların yubileylərini çox təntənəli səviyyədə keçirtdik.

Həsənağa Turabov haqq dünyasına qovuşandan sonra bu təşkilata Xalq artisti  Azər Paşa Nemətov sədr kimi rəhbərlik elədi. Həsənağa Turabovun qurduğu işi  o da  yüksək səviyyədə aparırdı. Və ətrafına da teatr sənətini yaxşı bilən, respublikada tanınan insanları toplamışdı. Onlar da Azər Paşa Nemətova çox yaxşı köməklik edirdilər. Elə Xalq artisti, Dövlət Mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü, xalqımızın sevimli aktyoru Hacı İsmayılovun yaradıcılıq işləri üzrə birinci müavin seçilməsi buna əyani sübut idi. Çünki Hacı İsmayılovda yaxşı təşkilatçılıq və natiqkik  qabiliyyətinin  olması, insanlarla tez dil tapmaq, xasiyyətindəki mehribançılıq, səmimilik, kindən, paxıllıqdan uzaq olması yaradıcı insanları Teatr Xadimlər İttifaqına daha yaxın etdi. Məhz buna görə də son beş ildə burada işlər daha böyük uğurla getdi.

h

  Son beş ildə görüln işlər

Ona görə də  bu yazımda Teatr Xadimləri  İttifaqının  zəngin və çoxşaxəli fəaliyyətinin son 5 ilini  əhatə edən dövrü barədə çoxminli oxuculara  məlumat vermək məqsədi ilə 14-cü Konfransdan sonra keçirilən tədbirlərin siyahısına  sizinlə birlikdə nəzər salmaq istəyirəm. Siz də görəcəksiniz ki, bu İttifaq və burada çalışanlar həqiqətən də Azərbaycan teatr xadimləri və teatrları üçün necə böyük işlər görüblər.

Beləliklə, 2019-cu ildə  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram  Teatrının təşkilatçılığı ilə Milli Dram Teatrına Dövlət  statusu verilməsinin 100 illiyi münasibəti ilə tədbir böyük tarixi hadisə oldu. Bu tədbirin davam isə respublika teatrlarında keçirildi.

Həmin ilin 7 noyabr tarixində  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və   Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı şəhəri, Həzi Aslanov adına 175 saylı orta  məktəbin şagirlərinin ifasında görkəmli Azərbaycan  şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr  olunmuş tədbir də tamaşaçılar tərəfindən maraqla qarşılandı. 1-10 dekabr tarixlərində  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə  “2+1” Üçüncü Eksperimental Teatr Festivalı keçirildi və qaliblər mükafatlandırıldı. 14 dekabr tarixində  Azərbaycan Respublikası Prezidenti yanında  Gənclər Fondunun və Azərbaycan Teatr Xadimləri  İttifaqının təşkilatçılığı ilə “Müasir Gənclər Şəbəkəsi”  tərəfindən “Milli mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq” adlı layihə çərçivəsində  “Ocaq” qısametrajlı filminin təqdimatı oldu. 20 dekabr tarixində  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə teatr tarixinin təbliğində əvəzsiz xidmətləri olan teatrşünas-alim, hamımızın böyük hörmət etdiyi Məmmədşah Atayevin 80 illiyinə həsr olunmuş xatirə gecəsi indi də mənim yadımdadır.  21 dekabr tarixində  Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Günay” Uşaq  Teatrının hazırladığı Azərbaycanın  dahi şairi  İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  tədbir yüksək səviyyədə keçdi. Bu tədbir də həmin uşaqların yaddaşına əbədi həkk olundu.

2020-ci il də bu təşkilatın işi özünün maraqlı tədbirləri ilə yaddaşlarda qaldı. Belə  ki,  28 yanvar tariximdə görkəmli sənətkar, Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər  Rzayevin 75 illiyinə həsr olunmuş xatirə gecəsi çox maraqlı  keçirilib.  10 mart - Milli Teatr sənətinin inkişafındakı xidmətlərinə  görə və 60 illik yubileyi ilə əlaqədar  Lənkəran Dövlət Dram teatrının aktyoru, Əməkdar artist, mərhum  Adil Ağakərim oğlu Zeynalovun Azərbaycan Teatr  Xadimləri İttifaqının Fəxri Fərmanı ilə təltif olunması da əyalət teatr kollektivləri tərəfindən maraqla qarşılandı. 2020-ci ilin mart ayından başlayaraq dünyanı lərzəyə salan KOVİD-19 Pandemiya xəstəliyi vaxtı da bu İttifaq kənarda qalmadı. Belə ki, 25 mart  tarixində Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə  Dəstək Fonduna vəsait köçürməklə  teatr mütəxəsisiləri  tərəfindən  hörmətlə qarşılandı. Bu dəhşətli xəstəlik bir neçə sevimli aktyorlarımızı, aktrisalarımızı haqq dünyalarına apardı. Teatr Xadimlər İttifaqı həmin ailələrə də baş çəkib maliyyə  köməklikliyi  elədi.

Həmin ilin sentyabr ayının  29-da  Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun və teatr ictimaiyyətinin Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə  müraciəti teatr xadimləri tərəfindən maraqla qarşılandı və hamının qələbəyə inamını artırdı.                    

Əvvəldə yazdığım kimi 1990-cı illərdən Teatr Xadimlər İttifaqı MDB məkanında olan ölkələrlə sıx əlaqə saxlayırdı. Bunun davam olaraq,  həmin ilin 1 oktyabr  tarixində  Gürcüstanın Lado Mesxişvili adına Kutaisi Dövlət Professional Dram Teatrının 160 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun təbriki də maraqla qarşılandı.

Belə ki, Azər Paşa Nemətov təbrikində Kutaisi Teatrının Qafqazın qocaman teatrlarından biri olduğunu qeyd edib, onun keçdiyi zəngin inkişaf yolundan, bu yolda olan çətinliklərdən, uğurlardan, habelə Kutaisi Teatrının Azərbaycan səhnəsində çıxışından danışmışdı. Sonda  o, Kutaisi teatrının bədii rəhbəri Konstantin Abaşidzeyə və teatrın kollektivinə yeni yaradıcılıq uğurları arzulamışdı.

h

Artıq ordumuz torpaqlarımızı erməni faşistlərindən azad etməklə, xalqımızda böyük ruh yüksəkliyi yaradırdılar. Təkcə təşkilatlar yox, həm də həmvətənlərimiz özləri  imkanı daxilində Azərbaycan orusuna maliyyə yarımı edirdi.  Həmin vaxtı  Teatr Xadimlər İttifaql da bu müqəddəs işdə geridə qalmadı. 16 oktyabr tarixində  Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Silahlı Qüvələrə Yardım Fonduna vəsaitin  köçürülməsi də teatr xadimləri tərəfindən maraqla qarşılandı.

2021-ci ilin  4 fevral tarixi yaddaşımızda  Xalq artisti Əlabbas Qədirovun 75 illiyinə həsr olunmuş maraqlı  xatirə gecəsi kimi qaldı.  Azərbaycan Teatr Xadimlər İttifaqı bu maraqlı tədbiri, Azərbaycan Dövlət Teatr Muzeyi ilə  birlikdə keçirtdi.

9 mart tarixində   Xalq artisti Arif Quliyevə  “QIZILGÜL” mükafatının  təqdim  olunması, 10 mart - Milli Teatr Günü münasibəti ilə təntənəli tədbir və  mükafatlandırma mərasimi,  31 mart  tariximdə  Əməkdar artist Cəmilə Kərimovaya “Sənətkar”  medalının təqdim  olunması da yaddaşlarda qaldı.  12 aprel tarixində isə  Şuşa Dövlət Musiqili -Dram Teatrının kollektivinə  Fəxri fərmanların təqdim olunması,  29-30 aprel tarixində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə  həsr  olunmuş  “Sənsiz”  bədii qiraət müsabiqəsi,  27 may - 28 may  tarixlərində  Respublika Günü münasibətilə bir qrup  mədəniyyət xadiminə İttifaqının  Fəxri fərmanlarının təqdim olunması, 14 iyulda “Mədəniyyətimiz – Tariximiz”  silsiləsindən  Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir də tarixi hadisə kim yaddaşlarda qaldı.

14 iyulda  Xalq artisti Cənnət Səlimovanın Azərbaycan Teatr  Xadimləri İttifaqının “QIZILGÜL”  mükafatı ilə təltif  olunması,  22 iyul tarixində  Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Mətbuat  Günü münasibəti ilə mükafatlandırılma mərasimi də maraqla keçdi.  6 sentyabr  tarixində     Xalq artistləri Yaşar Nurinin 70 illik yubileyi və  Səyavuş Aslanın doğum günü münasibəti ilə qəbrüstü ziyarəti  də hamımızın ürəyincə oldu və bir daha hamımız başa düşdük ki, Teatr Xadimlər İttafı Azərbaycan teatrı üçün xidmətləri olanları yaddan çıxarmır.  26 dekabr tarixində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi münasibəti ilə təltif olunma mərasiminin keçirilməsi də tarixi hadisələr kimi qəbul olundu.                        

Burada tarixi bir məsələni də vurğulamaq istəyirəm ki, 2-5 noyabr - 44 günlük Vətən müharibəsində tarixi qələbəyə həsr  olunmuş  “Qalib olan Azərbaycan”  festivalı oldu. 30 noyabr-7 dekabr tarixində  MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin  IV Teatr Foruunda İttifaqın təşkilatçılığı ilə Azərbaycan gənclərinin iştirakı,  14 dekabrda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,  Azərbaycan Teatr Xadimləri İttifaqı, Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatı və Milli Konservatoriyanın təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Hünərim bir asimandır” adlı tədbir və tamaşa da tarixi  hadisələr kimi yaddaşlarda qaldı.  25 dekabr  tarixində Əməkdar artist Nadir Xasıyevin 60 illik yubileyi münasibəti ilə  onun “Sənətkar”  medalı ilə təltif olunması, bir vaxtlar Sumqayıt Dövlət Musiqili-Dram Teatrının  ən istedadlı aktyorlarından biri olduğu dövrü mənə xatırlatdı. Sevindim ki,  həmin tetara rəhbərlik etdiyim  vaxtlarda  Nadir Xasıyevin gələcəkdə maraqlı aktyor olacağına inamımda yanılmamışam. O, bu gün  Dövlət  Akademik Musiqili Teatrın aparıcı aktyorudur.

Mən həmişə Teatr Xadimləri İttifaqının  keçirtdiyi tədbirləri maraqla izləmişəm.  2022-ci ilin  3 yanvar tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqı nümayəndələrinin gənc teatr sənətçiləri ilə görüşü,  06-09 mart  tarixlərində  İttifaqda fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının  “Baxış-2” festivalı, 10 mart - Milli Teatr Günü münasibəti ilə təntənəli tədbir və  mükafatlandırma,  12 mart  tarixində  Xalq artisti Məbud Məhərrəmovun  65 illik yubileyi və ona “Sənətkar”  medalının təqdim olunması,  05 aprel tarixində Azərbaycan Respublikasının Xalq artisti Vaqif  Əsədovun 75 illik yubileyi,  01 may  tarixində  Teatr  Xadimlər İttifaqının  “1873”  You Tube kanalının açılışı,  18 may   tarixində  Şəki Dövlət Dram Teatrının aktyoru, Əməkdar artisti Əbülfət  Salahovun  60 illik yubileyinin keçirilməsi və ona “Sənətkar”  medalının təqdim olunması, 13 iyun tarixində  Əməkdar artist Rəhman Rəhmanovun   65 illik  yubileyi və onun  Fəxri Fərmanla mükafatlandırılması da maraqla qarşılanan tədbirlər oldu.  20 iyun tarixində xalqımızın klassik qadın şairəsi  Xurşidbanu Natavanın 190 illik  yubileyinə həsr olunan “Cənnətim Qarabağ”  adlı  bədii qiraət müsabiqəsi də tarixi teatral hadisə kimi qarşılandı.  22 iyul  tarixində  Milli Mətbuat Günü müasibəti ilə tədbir və  mükafatlandırma  keçirildi. Azərbaycan teatrları  və onların tamaşaları haqqında yazan jurnalistlər mükafatlandırıldı. 09 sentyabr  tarixində Rusiyanın tanınmış rejissoru  Boris Katayev və aktrisa-müğənni Tamara  Katayeva ilə görüş də maraqlı keçdi.

14 oktyabr  tarixndən Teatr Xadimlər İttifaqı çox maraqlı bir layihəyə başladı. Belə ki, həmin gün “Sərhədsiz Teatr”  layihəsi çərçivəsində Gəncə  Dövlət Dram Teatrının və Gəncə Dövlət Kukla  Teatrının yaradıcı heyəti ilə görüş, 16 oktyabr  tarixində “Sərhədsiz Teatr”  layihəsi çərçivəsində Mingəçevir  Dövlət Dram Teatrının yaradıcı heyəti ilə görüş və  19 oktyabr  tarixində  Xalq artisti İbrahim İsfahanlının 125 illiyinə həsr  olunmuş tədbir və “Səhnə fədaisi”  adlı kompozisiya da maraqla qarşılandı.  23 oktyabr tarixndə  Əməkdar artist Füzuli Hüseynovun  60 illik yubileyi  tədbirində onun  “Sənətkar”  medalı ilə mükafatlandırılması da teatr ictimaiyyəti və teatrsevərlər  üçün maraqlı tədbirlər oldu. 

28 oktyabr  tarixində rejissor Namiq Ağayevin  60 illik yubileyinin keçirilməsi və ona “Sənətkar”  medalının verilməsi də təkcə Namiq üçün yox, tamaşaçılar üçün də maraqlı  idi.

04 noyabr  tarixində keçirilən “Zəfər sədası”  bədii qiraət müsabiqəsi bütün teatr ictimaiətini öz ətrafına toplamışdı.  15 noyabr tarixində  Bakı Bələdiyyə Teatrının 30 illiyi və onların mükafatlandırılması, 14 noyabr  tarixində Qax Dövlət Kukla Teatrının 50 illiyi və Fəxri Fərmanla mükafatlandırılması da maraqlı idi.  11-16 dekabr  tarixlərində  Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyinə  həsr olunmuş “Milli klassika” festivalı  da özlüyündə teatr ictimaiyyəti üçün tarixi hadisə oldu. Və bir  daha təsdiq olundu ki, Teatr Xadimləri İttifaqı sözün  həqiq mənasında teatrlarımızın işini yüksək səviyyədə təbliğ edən təşkilatdır.

2023-cü ildən başlayaraq Teatr Xadimləri İttifaqında işlər daha maraqla getməyə başladı. Sədr  Azər Paşa Nemətovun  ilin əvvəlindən xəstə olması və sonra  aprel ayının 9-da  haqq dünyasına qovuşmasından sonra onun vəzifə səlahiyyətlərini  birinci müavin kimi  Xalq artisti,  Dövlət mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü  Hacı İsmayılov çox yüksək səviyyədə  davam etdriməyə başladı. Belə ki, onun yüksək təşkilatçılıq məharəti və insanlarla çox tez  dil tapması, bütün tetar ictimaiyyətinin sevimlisi olması  və orijinal düşüncəsi  ilə  Hacı İsmayılov bu təşkilatda işləri daha da canlandırdı. Belə ki, elə artıq  4 yanvar tarixində onun təşkilatçılı ilə Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi münasibəti ilə qəbrüstü ziyarətin təşkili, 14 yanvar tarində  Xalq artisti Əli Nurun 75 illik yubileyin keçirilməsi və ona “Sənətkar”  medalının verilməsi, 05 fevral  tarixində Xalq artisti Rafiq Əzimovun  85 illik yubileyinin keçirilməsi və onun  Fəxri Fərmanla  mükafatlandırılması da maraqlı tədbirlər oldu. 05 mart tarixində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının  aktrisası Xalidə Əliməmmədovanın  50 illik yubileyi və  Fəxri Fərmanla  mükafatlandırılması, 06-09 mart  tarixlərində İttifaqda fəaliyyət gösərən laboratoriyaların “Baxış- 3”  festivalı,  10 mart - Milli Teatr Günü münasibəti ilə təntənəli tədbir və mükafatlandırma mərasimi, 03- 05 may tarixlərində  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə hər  olunmuş  “Sən elə bir zirvəsən…” bədii qiraət müsabiqəsinin keçirilməsi tarixi hadisələr oldu və tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Hacı İsmayılovun ideya məhsulu olduğu  “Qonaq Teatr”  layihəsi elə ilk tədbirlərindən çox maraqla qarşılandı. Bu tədbirləri Azərbaycan Teatr Xadimləri İttifaqı, Mədəniyyət Nazirliyi ilə birlikdə keçirməyə başladı. Belə ki, may ayından başlayaraq “Qonaq Teatr” layihəsi tədbirlərinə hazırlıq görüldü. Çünki həmin vaxtlar Bakıya gələn teatr kollektivləri Teatr Xadimləri İttifaqının  maliyyəsilə Bakıya gəlməli, burada mehmanxanalarda yerləşməli və hər gün üç dəfə yeməklə təmin olunmalı idilər. Bütün bu işləri də Hacı İsmayılov, Teatr  Xadimlər İttifaqında çalışan işçilərlə yüksək səviyyədə qurdu. Buraya da əsasən əyalət teatrlarının və xarici ölkə teatrlarının  gəlməsi nəzərdə tutulmuşdu.

Beləliklə, 15 may  tarixindən  bu layihə reallaşdı. İlk “Qonaq Teatr” da  Ağdam Dövlət Dram Teatrı oldu. Çünki həmin teatrın  100 illik yubileyi idi. Bu teatrın kollektivinin ifasında Nadir  Qədimlinin  “Şuşadan gələn səs” tamaşası                   ( quruluşçu rejissor Kərim Həsənov)  maraqla  oldu.

23 may  tarixində  Xalq artisti Heydər Anatollunun  60 illik yubileyi keçirildi  və ona “Sənətkar”  medalı verildi.  26-29 may tarixlərində  Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə  səlaiyyətlərini icra edən, Xalq artisti Hacı İsmayılov  Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında və bir sıra tədbirlərdə iştirak etmək üçün Moskvaya işgüzar səfərə getdi. Onun oradakı yüksək səviyyəli  çıxışları MDB məkanından olan teatr xadimləri tərəfindən maraqla qarşılandı və onların Azərbaycana qastrol səfərlərinə gəlməyə maraqları çox  artdı.

 05 iyun tarixində yenidən “Qonaq Teatr”  layihəsi öz işini uğurla davam etdirdi. Belə ki, Şəki Dövlət Dram Teatrının  90 illik yubileyi ilə bağlı,  kollektiv  türk dramaturqu Toyğun Orbayın “21.15 qatarı”  tamaşasını Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evinin səhnəsində Bakı tamaşaçılarına göstərdi. Tamaşa çox maraqla qarşılandı. Bu tamaşanın  quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

Azərbaycan Teatr Xadimləri İttifaqının maliyyə dəstəyilə  12-23 iyun tarixlərində gənc teatr sənətçiləri Mehman Fətullayev və Anar  Məmmədovun Moskva şəhərində Beynəlxalq Çexov festivalı çərcivəsində MDB, Baltikyanı ölkələr və Gürcüstanın gənc teatr rejissorlarının laboratoriyasında iştirakı da maraqlı oldu.

19 iyun tarixində “Qonaq Teatr”  layihəsi ilə Mingəçevir Dövlət Dram  Teatrı  55 illik yubileyi ilə  Əməkdar incəsənət xadimi  Əli Əmiirlinin  “Varlı qadın”              ( quruluşçu rejissor, Xalq artisti Valeh Kərimov)  maraqlı  tamaşası ilə Bakı teatrsevərlərini sevindirdi.  24 iyun tarixində  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının  aktrisası Gülcahan Salamovanın   60 illik yubileyi və onun  Fəxri Fərmanla mükafatlandırılması,  02 iyul tarixində “GÜNAY”  Uşaq Teatrının  20 illik yubileyi və onların ifa etdiyi “Çirkin ördək balası”  tamaşası iştirakçılarının mükafatlandırılması,  03 iyul  tarixində “Qonaq  Teatr”  layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram  Teatrının  55 illik yubileyi və onların ifasında Turqut Özakmanın  “Ocaq”  tamaşasının Aktyor evinin səhnəsində göstərilməsi,  21 iyul tarixində  Milli Mətbuat Günü münasibəti ilə tədbir  və  teatr haqqında yazan jurnalistlərin mükafatlandırılması,  21 sentyabr tarixində  “Qonaq Teatr” layihəsi çərçivəsində  Qazax Dövlət Dram Teatrının  85 illik yubileyi və  Əməkdar incəsənət xadimi  Ağalar İdrisoğlunun  “İnan mənə”   (quruluşçu rejissor, Əməkdar artist Xəzər Gəncəli) tamaşasının Bakı teatrsevərləri tərəfindən çox maraqla qarşılanması da tarixi hadisə oldu. Belə ki, hər epizod müasir günümüzlə səsləndiyinə  görə  alqışlarla qarşılanırdı.

30 oktyabr tarixində “Qonaq  Teatr”  layihəsi ilə  Əməkdar mədəniyyət işçisi  İftixar Piriyevin   “Nurlu ömrün anları” tamaşasının  İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ifasında  maraqla qarşılanması da tarixi hadisəyə çevrildi.  03 noyabr tarixində Səmərqənd Dövlət Musiqili Dram Teatrının yaradıcı  heyəti ilə görüş və onların mükafatlandırılması da maraqla qarşılandı. Bundan sonra   türkdilli xalqların teatrları ilə sıx əlaqələr quruldu.

20 noyabr  tarixində “Qonaq Teatr”  layihəsi ilə  Naxçıvan Dövlət Milli  Musiqili- Dram Teatrının  140 illik yubileyinin keçirilməsi və onların məşhur fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü”  tamaşası maraqla qarşılandı.

04, 05 dekabr  tarixlərində “Qonaq Teatr”  layihəsi çərçivəsində  Antalya Böyükşəhər  Bələdiyyəsi Şəhər Teatrı  40 illik yubileyi ilə Teatr Xadimləri İttifaqının dəvətilə  Pərvin Ünalpın   “Gecikənlər”  ( quruluşçu rejissor, Əməkdar artist Nofəl  Vəliyev)  tamaşası çox maraqla qarşılandı.  05 dekabr  tarixində də tamaşadan sonra  Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrının  yaradıcı heyəti ilə görüş və mükafatlandırma oldu.  Bu, həm teatr kollektivinin  və həm də teatrsevərlərin ürəyincə idi.  25 dekabr  tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan teatrı -150 - üç əsrdən keçən teatr”  mövzusunda elmi-praktik konfrans bütün teatrsevərləri öz ətrafına toplamışdı və sənət adamları özlərinin maraqlı fikirlərini deyirdilər.

 Bu ilin  altı ayında Hacı İsmayılovun rəhbərliyi ilə  Teatr Xadimlər İttifaqının işləri daha maraqlı və yaddaqalan olub.  Belə ki, 18 fevral  tarixində  Rusiyanın Aleksandrinski Teatrının (Sankt- Peterburq) direktoru Sergey Yemelyanovun “Sənətkar” medalı ilə mükafatlandırılması, 19 fevral tarixində “Qonaq  Teatr” layihəsi ilə  Lənkəran Dövlət Dram Teatrının  “The Müqəssir”  tamaşası, 04, 06, 07 mart tarixində  İttifaqda fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının  “Baxış – 4” festivalı,  10 martda  Milli Teatr Günü münasibətilə təntənəli tədbir  və mükafatlandırma,  12 mart  tarixində “Qonaq Teatr”  layihəsi ilə Qazax Dövlət Dram  Teatrının dramaturq  Jalə İsmayılın “ Love Butik”  tamaşası, 27 mart tarixində “Qonaq Teatr”  layihəsi ilə  Qusar Dövlət Ləzgi Dram Teatrının Turqut Özakmanın “Adət” ( quruluşçu rejissor, Əməkdar artist Xəzər Gəncəli)  tamaşası,  05 və 16 aprel  tarixlərində “Amerika cazı ilə əlaqədar monoloq” (Y.Yerpıleva) tamaşası,  08 aprel tarixində “Qonaq  Teatr”  layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrının Təranə  Məmmədin “Tor” pyesi əsasında hazırlanan  tamaşa           ( quruluşçu rejissor Kərəm Həsənov) maraqla qarşılanıb. Bu tədbirlərin də hamısı alqışlarla keçib.

09 aprel  tarixində görkəmli rejissor, pedaqoq, ictimai xadim, Xalq artisti Azər Paşa Nemətovun ildönümü ilə əlaqədar qəbrüstü ziyarəti, 22 aprel  tarixində “Qonaq Teatr”  layihəsi çərçivəsində Sümqayıt  Dövlət Dram Teatrının  Əməkdar incəsənət xadimi  Əli Əmirlinin “İyirmi ildən sonra”  tamaşası,  06, 07 may tarixlərində “Qonaq Teatr”  layihəsi çərçivəsində Trabzon Sənət Teatrının ifasında Əməkdar incəsənət xadimi  Firuz Mustafanın “Neytral zona”  tamaşası da çox         maraqla  oldu. Türk  aktyorlarının oynu tez-tez sürəkli alqışlarla qarşılanırdı.

20 may  tarixində görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı  İlyas Əfəndiyevin  110 illiyi münasibəti ilə Şuşa Dövlət Musiqili - Dram Teatrının “Boy çiçəyi” tamaşası,  03 iyun tarixində  yenə də  görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı  İlyas Əfəndiyevin  110 illiyi münasibəti ilə Bakı Bələdiyyə Teatrının “Xan qızı” tamaşası maraqla qarşılandı. Bu ilin sentyabr ayından başlayaraq, Teatr Xadimləri İttifaqı, Xalq artisti Hacı İsmayılovun rəhbərliyilə yeni layihələrə  başlamağı planlaşdırıb. İnanıram ki, həmin layihələr də teatr kollektivlərinin və həm də tamaşaçıların ürəyincə olacaq.

Teatr xadimlər İttifaqı bu beş il müddətində gəclərə həmişə böyük dəstək olub. Elə bununla bağlı  01-10 iyun tarixində  Qazaxstanın Almaatı şəhərində MDB, Baltikyanı  ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda Azərbaycanın gənc teatr sənətçilərinin iştirakı bilavasitə bu İttifaqın maliyyə dəstəyilə olub.

  • Bütün bu görülən işlərdən demək olar ki, Azərbaycan Teatr Xadimləri İttifaqı Xalq artisti, Dövlət mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü Hacı İsmayılovun rəhbərliyi ilə çox böyük işlər görür və böyük məhəbbət qazanır. Mən, öpmrünün 50 ilini Azərbaycan peşəkar teatr sənətinə həsr edən aktyor, rejissor və uzun illər ayrı-ayrı teatrların bədii rəhbəri, direktoru işləyən mütəxəsis  kimi  qətiyyətlə deyə bilərəm ki, bu gün respublikamızda Hacı İsmayılovu əvəz edə  biləcək ikinci adamı  Azərbaycan Teatr  Xadimləri İttifaqının sədr kimi görmürəm. Çünki ömrünün iyirmi altı ilindən çoxunu teatrlara rəhbərlik eləyən teatr mütəxəsisi kimi bilirəm ki, rəhbərlik çox çətin bir sahədir. Buna görə ilk öncə həmin insanda yüksək təşkilatçılıq qabilliyyəti, xalq tərəfindən sevilmə, böyük səbr, hərtərəfli dərin savad, orijinal düşüncə tərzi, kindən, paxıllıqdan  uzaq olma, böyük siyasət, dövlətçilik sahəsində yaxşı səriştə  olmalıdır. Bütün bu cəhətlər də Hacı İsmayılovda daha yüksəkdir. Deməli, mən inanıram ki, bütün teatr xadimləri məhz onu sədr seçəcək ki, gələcəkdə də Teatr Xadimləri İttifaqında  işlər  daha  yaxşı, maraqlı, orijinal  getsin və bütün teatr xadimləri buranı öz doğma evləri bilsinlər. Çünki son bir il yarımdan çox müddətdə Hacı İsmayılov bütün teatr xadimlərini öz ətrafına daha çox  toplaya bilib və hamı da onun işindən çox razıdır.  Həsən Nail Canat deyib ki, “Teatr,  mənim üçün ən gözəl və müqəddəs  sənət sahəsidir”. Bu, həqiqətən də belədir. Axı bu sahədə çalışan insanlar bütün insanların müəllimidir. Deməli, bütün insanların müəllimi olmaqdan da böyük şərəf və müqəddəslik ola bilməz. Mən də hər bir sənət insanına belə olmağı arzu edirəm.

 Ağalar  İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi,

yazıçı-rejissor

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN