“Dünən Artsaxın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq  Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində Artsax bayrağı endirilməlidir”.

Təzadlar Moderator.az saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ermənistanın “Hraparak” nəşri belə bir məlumat yayıb.

Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş  Amaras məbədindən gedir. Çar Rusiyası imperiyası dövründən həmin kəndə köçürülmüş ermənilər Amaras məbədini erməniləşdiriblər və nəticədə son 30 ildə həmin abidənin üzərinə separatçı-terrorçu rejimin əski parçasını asmağa adət ediblər.  10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirtməyə nail olsa da, separatçı erməni hərbçilər onu yenidən asıblar.

Cütçü kəndinin qanunsuz “icma rəhbəri”  Lernik Avanesyan  dünən Azərbaycan ordusu tərəfindən  əski parçasının  endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda  hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da  erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və  yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib... 

"Hələ  oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri  öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim" –deyə L. Avanesyan bildirib.

Zəruri şərh: 

Əgər Rusiya sülhməramlı(?) generalı doğrudan da Azərbaycanın hüquqi-inzibati ərazisindəki məbədimizin üzərinə separatçı rejimin əski parçası yerinə Ermənistan bayrağını asmasını əmr edibsə, bu dövlətimizin suverenliyinə daha ciddi təhdiddir, yəni həmin ərazini Ermənistan ərazisi kimi təqdim etməkdir...

Ümid edirik ki, Azərbaycan Müdafiə Nazirliyi tezliklə məsələyə aydınlıq gətirəcək...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN