...Müharibənin öz qayda-qanunları var... Məsələn, Böyük Vətən Müharibəsində SSRİ mətbuatı gündə on min faşistin öldürüldüyünü, əsir götürüldüyünü yazırmış... Lətifədə deyilir ki, Şəki Hərbi Komissarlığı Hacı Dayını müharibəyə aparmaq üçün komissarlığa çağırır. O isə komissara deyir: "Mən müharibəyə niyə gedim, kimi öldürəcəyəm? "Pravda" qəzetindəkiləri hesablamışam, artıq bütün nemeslər qırılıb qurtarıb".
 Bu bir yumor olsa da, böyük məntiqi mənası var. İranın Ərdəbildəki ayətulla köməkçisinin sərsəm fikrini anladıq... Bu tərəfdən də fürsəti əldən verməyən Ermənistan mətbuatı qızışdığımızı görüb bir yalan-feyk yazıb... Guya İran Müdafiə Nazirliyinin Baş Qərargah rəisi deyib ki, Azərbaycana, Bakıya 4 min raket atıb şəhəri yer üzündən siləcəyik və s. Və hansı ki, erməni mətbuatınin yaydığı bu məlumatin feyk olduğu ilk cümlədən bəllidir. Baş Qərərgah rəisi rəsmi və məsul şəxsdir. O, bu fikri harada deyib? Və deyə bilərdimi??? Niyə bunu bizim rəsmi qurumlar bilmir, amma ermənilərin mətbuatı bilir... 
Bütün hallarda düşmən mətbuatında yazılanlara diqqət etmək olar, amma inanmaq olmaz! Azərbaycanın rəsmi qurumlarının mövqeyi olmadığı halda, erməni yalanlarını tirajlamağa nə ehtiyac???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN