119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü, yazıçı- jurnalist Asif Mərzilinin (Millət oğlu Məmmədovun) seçicilərlə təmas və təşviqat kampaniyası uğurla davam edir...
Seçicilər yekdilliklə Asif Mərziliyə səs verəcəklərini bildirirlər.
Deputatlığa namizəd dünən Dördyol və Təzəkənd qəsəbələri ərazisindəki məntəqələrdə olmuş, seçicilərin əhval- ruhiyyəsini öyrənmişdir. Seçicilərdən Dadaş Əliyev, Samir Hüseynov və digərləri maraqlı məsələyə toxunmuşlar: "...Fikir verirsinizsə, insanlarda ötən illərin "Mən onsuz da seçilməcəyəm" kimi acı seçki nəticələrini təlqin etmiş Sadıqov və ƏIiyev soyadlı deputatlar, hansl ki, 20-25 illik Millət vəkili mandatı daşıyıblar, heç kim onları 20-25 ildə bu ərazilərdə görməyib. Amma hər dəfə onların dediyi olub, qutudan onlar çıxlblar... Bu politika seçki siyasətinə ağır zərbə vurub, indi heç kim ədalətli seçkiyə inanmır. Amma baş verənlərdən belə qənaət var ki, cənab Prezidentimiz bu dəfəki seçkinin ədalətli keçiriləcəyində siyasi iradəni ortaya qoyub...".
"Bunu nədə hiss edirsiniz",- sualımıza seçicilərin hamısı belə cavab verdilər: "Qabaqlar əsas namizədi xüsusi olaraq tapşırırdılar, o da Bakıda oturub qutudan çıxmağını gözləyirdi, saxta protokollar ədalətsizliyi meydan sulayırdı. İndi hələki elı bir açıq tapşırıq eşitmirik, amma biz də söz vermişik ki, saxtakarlığa yol verməyəcəyik... Hamı seçkiyə gəlməli, səs verənlərlə qutudan çıxacaq bülletenlərin say fərqinə imkan verməyəcəyik!".
Seçki kampaniyası isə davam edir...
Elçin Məmmədli
(Bakı- Ağdam- Quzanlı)