Gürcüstanın Çxaltubo rayonunda sakinlərlə keçirilən görüş zamanı müxalifət fəalı Roland Nutsubidze “Gürcü arzusu” partiyasının üzvlərinə yaxınlaşaraq onlarla mübahisə edib.

Tezadlar.az "İmedi" telekanalına istinadən xəbər verir ki, mübahisə zamanı Nutsubidze hakim partiyanın üzvü Ermile Giqiadzeyə sərt sözlər deyib. Hadisədən biraz sonra Giqiadzenin halı pisləşib və yerə yıxılaraq dünyasını dəyişib. Əraziyə təcili tibbi yardım və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlayıb. Gürcüstan Baş Prokurorluğu ölüm faktını nəzarətə götürüb. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN