Gürcüstanda keçirilmiş parlament seçkiləri ətrafında qalmaqal hələ də səngimir...

ABŞ prezidenti Co Bayden Gürcüstanda baş verən hadisələrdən narahat olduğunu bildirib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin dərc edilmiş bəyanatında deyilir. Bayden bildirib ki, ölkədəki parlament seçkiləri “inzibati resurslardan çoxsaylı sui-istifadə, seçicilərin hədə-qorxu və məcburiyyəti” ilə müşayiət olunub.

 Prezident Bayden bəyanatında Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, "xarici təsir qanunu" kimi qanunları geri çəkməyə və Gürcüstanın bütün siyasi qüvvələri ilə dialoqa dərhal başlamağa çağırıb. Sitat: “Birləşmiş Ştatlar uzun müddətdir Gürcüstan xalqının yanındadır və Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Avroatlantik istəklərinə dəstək verir. Buna görə də, son dövrdə demokratik geriləmə, o cümlədən fundamental azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün məkanı daraldan qanun layihələrinin qəbul edilməsi çox narahatedicidir. Bu qanunlar Rusiyadakı qanunları təmsil edir. Bir neçə gün öncə 26 oktyabr tarixində keçirilmiş parlament seçkiləri inzibati resurslardan sui-istifadə hallarının çoxluğu, seçicilərin qorxudulması və təzyiqə məruz qalması ilə zədələnmişdi. Gürcüstan vətəndaşlarının, beynəlxalq və yerli müşahidəçilərin azad və ədalətli hesab etmədiyi bu seçkilərlə bağlı öz fikirlərini dinc yolla ifadə etmək hüquqları vardır. Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşma və ifadə azadlığını məhdudlaşdıran "xarici təsir qanunu" kimi qanunları geri çəkməyə və Gürcüstanda seçki ədalətini bərpa etmək üçün bütün siyasi qüvvələrlə inklüziv dialoqa dərhal başlamağa çağırırıq".

Bu arada Gürcüstan müxalifəti seçki saxtakarlığına etirazlnı mitinqlərdə davam etdirir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN