Rusiya prezidenti Vladimir Putinin nüvə silahı barədə dünənki Fərmanı dünya liderlərini ciddi şəkildə düşündürməkdədir...

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, səfərdə olduğu Rio-de-Janeyroda Rəcəb Tayyib Ərdoğan Rusiyanın nüvə doktrinasını yeniləməsi ilə əlaqədar onun özünümüdafiə imkanının olmalı olduğunu deyərək əlavə edib ki, faktiki Rusiya haqlıdır. Sitat: "...Rusiyanın bu bəyanatının (nüvə doktrinasının yenilənməsi ilə əlaqəli – red.) adi silahların istifadəsi ilə bağlı ona qarşı göstərilən mövqeyə cavab olaraq atılan bir addım olduğunu düşünürəm. Fikrimcə, bu məsələ NATO-dakı rəsmi şəxslər tərəfindən nəzərdən keçirilməlidir. Rusiyanın özünümüdafiə etmək və öz müdafiəsi üçün tədbirlər görmək imkanı olmalı və var. O bu tədbirləri görməli oldu. Eynilə biz NATO ölkələri də özümüzü müdafiə etməli və bunun üçün addımlar atmalıyıq”.

Ərdoğan həm Rusiyanın, həm də Ukraynanın Türkiyənin qonşuları olduğunu xatırladıb: “Hazırkı mərhələdə biz onlarla ikitərəfli münasibətlərimizi qorumalıyıq. Ümid edirəm ki, biz tezliklə Ukrayna ilə Rusiya arasında atəşkəsin tam dayandırılmasına nail olacaq və planetin gözlədiyi sülhü təmin edəcəyik”.

Beləliklə, Rusiyanın nüvə silahından istifadə istəkləri dünya ölkələrinin, xüsusən də NATO rəhbərliyini ciddi narahat edir. Amma maraqlıdır ki, NATO rəhbərliyi hələki Putinin məlum Fərmanına konkret mövqe sərgiləməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN