Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya və İranın Suriyada nizamlanma məsələlərində konstruktiv yanaşmalarını yüksək qiymətləndirdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, bunu Dohada Türkiyə televiziyasının yayımladığı mətbuat konfransında deyib.

"Dünən Suriyanın gələcəyi üçün mühüm gün idi. Biz Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndiririk. Astana formatı ölkələri - Türkiyə, Rusiya, İran son hadisələri müzakirə etmək üçün bir araya gəldilər. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi də bizimlə idi. O da böyük töhfə verdi. Sonra ərəb ölkələri ilə: Səudiyyə Ərəbistanı, Qətər, İraq, Misir və İordaniya ilə əlaqə saxladıq. Biz də bu qardaş ölkələrə konstruktiv yanaşmalarına görə təşəkkür edirik. Biz amerikalılarla da müzakirələr aparırıq, Suriya məsələsində regional və beynəlxalq aktorlarla əməkdaşlığı davam etdirəcəyik”, - o deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN