Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs edilib, qanunsuz plastik cərrahiyyə əməliyyatlarının aparılması üçün saxta sertifikatlar təqdim etməkdə şübhəli bilinən altı nəfər saxlanılıb.
Baş prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a bildirilib ki, saxta sertifikatlarla bağlı qalmaqallı yazılarda adı çəkilən Kadrlar, Elm və Təhsil Şöbəsinin müdiri Səidə Rüstəmova bu gün saxlanılıb. Araşdırma yazılarında adı keçən digər şəxslərin də, o cümlədən Səhiyyə nazirinin müavini İlqar Qasımovun həbs olunacağı bildirilib. Səhiyyə Nazirliyinin mətbuat xidməti "bu məsələ ilə bağlı bəyanat veriləcəyini" bildirib.
Qeyd edək ki, bu ilin 12 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti Səhiyyə Nazirliyində mətbuatda qanunsuz plastik əməliyyatlarla bağlı yayılan və bir xəstənin ölümünə səbəb olan məlumatlara əsasən araşdırma başlatdığını açıqlamışdı.
Bəli, üz- gözünü, bədənini cərrahi əməliyyatlara məruz qoyan xanımlar arasında eybəcər məlumatlar yayılmaqda idi. "Güngörməz" ini yekəltməkdən tutmuş gözbərəltmə, dodaq şişirtmə, qaşəkdirmə, bədındən piy çıxartma... Allahın yaratdıqlarına əl atmaq günah deyilmi?! Bugünkü həbslər dərs olacaqmı???
A.Məmmədli