ABŞ-ın Miçiqan ştatında narkoman olan yaşlı kişi nəvələrinin Milad hədiyyələrini oğurlayaraq narkotika alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Fox 17” yazır.

Kiçik Don Lukas Miladdan bir neçə gün əvvəl 62 yaşlı ata Donald Lukas Sr-ı qonaq etdiyini söyləyib. Bayrama hazırlaşarkən, kiçik Lukas dörd övladı üçün hədiyyələr alsa da, tezliklə onların yoxa çıxdığını anlayıb. "Bu hadisə məni ağlatdı", - ata etiraf edib.

Məlum olub ki, nəvələrin hədiyyələri öz babaları tərəfindən oğurlanıb. Baba satdığı hədiyyələrdən min dollara yaxın (102 min rubl) qazanıb və onları metamfetaminə xərcləyib. O, narkotik vasitə ilə yaxalanıb və həbs edilib.

Kiçik Lukas uşaqlara nə deyəcəyini bilməyib. Çünki onun uğaqlara yeni hədiyyələr almağa imkanı yoxdur. Kiçik Lukasın problemindən xəbər tutan yerli sakinlər və təşkilatlar onun üçün iki min dollar (204 min rubl) toplayıblar. Nəticədə, Lukasın uşaqları bu pulla istədikləri oyuncaqları ala biləcəklər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN