Macarıstan Rusiya prezidenti Vladimir Putini vicdanlı tərəfdaş hesab edir.
Tezadlar.az xəbər verir ki, bunu “Magyar Nemzet” qəzetinə müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
Orbanın fikrincə, sağlam ölkənin xarici siyasətinin məqsədi dostlar toplamaqdır.
"Dünyada macarların uğurunda maraqlı olan mümkün qədər çox ölkə olmalıdır. Amerikanın yeni prezidenti Donald Tramp Macarıstanı bəyənir. Çin Xalq Respublikasının sədri Xi Jinping iki Aİ ölkəsinə - Fransaya və biz dostumuz Türkiyə prezidentidir (Rəcəb Tayyib Ərdoğan], bizim vicdanlı tərəfdaşımız Rusiya prezidentidir, yaxşı dostumuz İsrailin baş naziridir (Binyamin Netanyahu). Macarıstan diplomatiyasının tarixində demək olar ki, belə bir şey olmayıb" – deyən Orban bir çox ölkələrlə münasibətlərdə balansın saxlanmasının asan olmasa da, mümkünsüz olmadığını qeyd edib.
Dekabrın 24-də xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Macarıstan Rusiya Federasiyası ilə qeyri-sanksiya sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
E.ŞİRİNOV