"Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Sənət, Ədəbiyyat və İctimai Fənlər Akademiyasının fəxri akademiki, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü, Türk dünyası Elmlər Akademiyasının fəxri professoru,

"Humay" milli mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, “VİP Milan Hospital”ın təsisçi direktoru, eyni zamanda “Sənə məktub yazacam”, “Yarım kalan Mektuplar”, “Kimim var ki dağlarda?!”, “Ay Laçın, Can Laçın”, “Əsrə bərabər 20 il”  kitablarının müəllifi Xuraman xanım Muradovanın Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış ömür yolundan bəhs edən “Əsrin qəhrəmanı olan Komandan" kitabının Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında möhtəşəm təqdimatı keçirildi.

xm2

x

TEZADLAR.AZ xəbər verir ki, tədbirdə respublikamızın görkəmli elm və ədəbiyyat xadimləri, səfirlər, xalq yazıçıları, qəzet redaktorları, millət vəkilləri, iş insanları, müxtəlif media mənsubları iştirak edirdilər.

 xm9

 Xalq yazıçısı Çingiz Abdullayevin rəhbərliyi və aparıcılığı ilə keçirilən təqdimat mərasimində Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, professor Aktoti xanım Raimkulova, xalq yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə xanım Əliyeva, Vüqar İsgəndərov, Razi Nurullayev, "Ayna - Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, yazıçı ədəbiyyatşünas Varis Yolçuyev, bədii qiraətçi Anar Atakişi və çox sayda hörmətli ziyalılar və mətbuat nümayəndələri çıxış edərək "Əsrin qəhrəmanı olan Komandan" kitabının yüksək məziyyətlərindən və əsərin müəllifi Xuraman xanım Muradovanın ali vətəndaşlıq mövqeyindən söhbət açdılar.

 x

Qazaxıstan və Qırğızıstan Yazıçılar Birliyinin Özbəkistan Koordinatoru Muginqam Nurbayev çıxış edərək Xuraman Muradovanın yaradıcılığının təkcə Özbəkistanda, Qazaxıstanda, Türkiyədə deyil, bütün Türk dünyasında sevgiylə, rəğbətlə qarşılandığını vurğulamış və Xuraman xanıma "Əhməd Yəsəvi" medalını və Qazaxıstanda fəaliyyət göstərən "Dünya İstedadları" Birliyinin fəxri mükafatını təqdim etmişdir.

xm4

x

Təqdimat müəllifin çıxışı və dövlət başçımıza həsr etdiyi "Komandan" şeirinin sözlərinə bəstələnmiş hərbi marşla təntənəli surətdə başa çatmışdır. 

 Qeyd edək ki, “Əsrin qəhrəmanı olan Komandan" kitabının redaktoru Xalq yazıçısı Çingiz Abdullayev, rəyçi isə Xalq yazıçısı Natiq Rəsulzadədir.

Giriş hissəsi “Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Könüllərimizin Fatehidir!” şeiri başlayan kitaba müəllifin “Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Azərbaycan Ordusunun “Dəmir Yumruq”lu qürur simvoludur!”, “Xuraman Muradova: Uca Rəbbim Müzəffər Xalqımızın Müzəffər oğlunu qorusun!”, “Mehriban xanım Əliyeva – Tarix yazan Sərkərdənin arxasında dayanan qeyrətli Türk Xatunu”, “Xuraman Muradova: “Azərbaycanın birinci xanımı, əzizimiz, ölkəmizdə xeyriyyəçiliyin simvoluna çevrilən Mehriban xanım Əliyevanın xeyirxahlıq yolunu mən həmişə böyük rəğbət hissi ilə dəstəkləmiş və ürəkdən alqışlamışam...”, “Xuraman Muradova: Xilaskarı dəstəkləmək milləti dəstəkləmək deməkdir!”, “Ürəklərdə ölümsüzləşən Öndər Şəxsiyyət!”, “Türk dünyamıza müzəffər Öğul bəxş edən Ana”, “Yüz ildir ki, bir Şam yanır”, “Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin şərəflə davam etdirdiyi yoldur!”, “Xuraman Muradova: Biz hamımız möhtərəm Ali Baş Komandanımız Cənab İlham Əliyevin əsgərləriyik!”, “Azərbaycan – Türkiyə Cumhurbaşqanlarının qardaşlığı Turanın ayaq səsləridir” sərlövhəli məqalələri daxil edilmişdir.

x

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən “Əsrə bərabər 20 il” və "Əsrin qəhrəmanı olan Komandan" kitabları Xuraman xanım Muradovanın Azərbaycan Ordusunun "Dəmir yumruq"lu qürur simvolu olan Müzəffər Ali Baş Komandanımıza - Cənab Prezidentimizə böyük sevgisinin və vəfa borcunun izharıdır.

x

Təqdim etdi: Yasəmən Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN